Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

«Təbriz heyrət içindədir»


Polis Mirhüseyn Musəvinin tərəfdarını döyür, Tehran, 13 iyun 2009

«Təbrizdə camaat heyrət içindədir, Mahmud Əhmədinejadın seçilməsinə görə həm kədərləniblər, həm də qəzəbləniblər».

Bunu «Azadlıq» radiosuna təbrizli fəal Çingiz Bəxtəvər deyir. O, bildirir ki, indi Təbrizdə də, İranın başqa böyük şəhərlərində də polis hökumət binalarını mühasirəyə alıb:

«Onlar bilirlər ki, seçkini saxtalaşdırıblar, ona görə əvvəlcədən tədbirlər görürlər. Azərbaycanlıların haqqı tapdalanıb, azərbaycanlıların əksəriyyəti Musəviyə səs vermişdi. Bu da səslərin böyük əksəriyyəti demək idi».

Ç.Bəxtəvər bildirir ki, Təbrizdə azərbaycanlılar Əhmədinejadın yeni
Mirhüseyn Musəvinin tərəfdarları Tehranda etiraz aksiyası zamanı polis motosikletini yandırırlar, 13 iyun 2009
hakimiyyətinə qarşı kütləvi aksiyalar keçirmək istəyirlər.

Tehranda azərbaycanlılar etiraz aksiyalarına qarışmırlar

Tehranda da Musəvi tərəfdarları ilə Əhmədinejad tərəfdarları arasında qarşıdurma olub. Amma tehranlı fəal Yasir Zafəri deyir ki, hələlik paytaxtdakı azərbaycanlılar bu məsələyə qarışmırlar:

«Musəvi də azərbaycanlılar üçün bir gün ağlamayacaqdı. O da artıq farslaşıb, odur ki, biz Musəvini müdafiə etmək fikrində deyilik».

Urmiyada «diktatora ölüm!»

Urmiyada rəsmən uduzmuş namizəd Mirhüseyn Musəvi tərəfdarları etiraz etmək istəyiblər, polis aksiyanı dağıdıb.

Tehranda Mirhüseyn Musəvinin tərəfdarları ilə polis arasında qarşıdurma, 13 iyun 2009
Bu haqda Urmiyadan azərbaycanlı fəal İsmayıl Cavadi xəbər verir. Cavadi deyir ki, Musəvi tərəfdarları «diktatora ölüm!» şüarları səsləndiriblər. Əhmədinejadı dəstəkləyənlər isə şəhərdə şənlik edirlər.

İ.Cavadi deyir ki, Urmiyada da azərbaycanlıların çoxu Musəvinin seçilmədiyinə təəssüflənirlər. Azərbaycanlı fəal hesab edir ki, Mahmud Əhmədinejadın rəhbərliyinin ikinci dövründə də azərbaycanlıların milli haqları qorunmayacaq:

«İndiyə qədər Əhmədinejad azərbaycanlıların Konstitusiyadakı haqqını vermədi, ana dilində təhsil imkanı yaratmadı, bundan sonra da ondan yaxşı bir şey gözləmirik».

İ.Cavadi deyir ki, Urmiyadakı azərbaycanlı fəallar da bu seçkinin əleyhinə etiraz aksiyası keçirmək niyyətindədirlər.
XS
SM
MD
LG