Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 07:09

Ilham Əliyev haqda kitab seriyasının 2-ci cildi nəşr olunub


«Azərnəşr»də buraxılmış cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunub
«Azərnəşr»də buraxılmış cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunub
«ATƏT-in Parlament Assambleyasının regiondakı vəziyyətə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət yetirməsini yüksək qiymətləndirirəm. Bu münaqişə uzun illərdir davam edir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması nəticəsində ölkəmizə böyük ziyan dəymiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və onların çox çətin şəraitdə yaşadıqlarını diqqətinizə çatdırıram».

Azərbaycan prezidenti İlham Əliyevi 2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə dediyi bu sözlər yenicə çapdan çıxmış «İnkişaf - məqsədimizdir» adlı çoxcildliyinin 2-ci cildindəndir.

Bu haqda AzərTAC-ın yaydığı xəbərdə deyilir ki, nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Dövlət başçısı İlham Əliyevin prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki nitqi ilə açılan bu cilddə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilib daha da inkişaf etdirilməsinə, respublikanın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, sosial sahələrdə aparılan islahatlara dair materiallar – nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əksini tapıb. Bu materiallar 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Kitabda dövlət başçısının Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqi, BMT-nin baş katibi Kofi Annan, həmçinin bir sıra dövlət və hökumət başçıları ilə görüşlərdəki söhbətləri də verilib. Eyni zamanda, xaricə - Fransaya ilk rəsmi səfəri zamanı prezident Jak Şirakla, Fransa Senatının rəhbərləri və üzvləri, nüfuzlu işgüzar dairələrin, ölkənin xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri, sahibkarlar təşkilatının üzvləri, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun kollektivi ilə görüşləri, çıxışları, nitqləri, ölkənin ən nüfuzlu mətbuat orqanlarına və televiziya kanalına verdiyi dolğun bəyanat və müsahibələri, «Kastel» qrupunun, «Total» şirkətinin prezidentləri ilə söhbətləri verilib.

İkinci cilddə, həmçinin prezident İlham Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfərinə, Moskvada keçirdiyi yüksək səviyyəli görüşlərə, apardığı danışıqlara, verdiyi bəyanata, imzalanmış dövlətlərarası sənədlərə dair materiallar da yer alıb.

Kitaba «Qeydlər», «Şəxsi adlar göstəricisi», «Coğrafi adlar göstəricisi» də daxil edilib.

«Azərnəşr»də buraxılmış cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunub.
XS
SM
MD
LG