Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Həsənquliyev Əbiyevi istefaya çağırır


Deputat Qüdrət Həsənquliyev
Deputat Qüdrət Həsənquliyev
«Zabitinin əsgərini erməniyə satdığı ordunun rəhbəri ali baş komandandan təklif gözləmədən istefa verməlidir».

Deputat Qüdrət Həsənquliyev iyunun 19-da Milli Məclisin növbədənkənar iclasında belə deyib.

Parlamentdə cari məsələlər müzakirə olunarkən bəzi millət vəkilləri orduyla bağlı mətbuatın hər şeyi yazmalı olmadığını bildirib. Deputatlar Elmira Axundova və Fazil Qəzənfəroğlu bildiriblər ki, media ordudakı müsbət şeyləri də görməlidir.

Deputat Qüdrət Həsənquliyevin isə məsələyə reaksiyası belə olub:

«Kaş məndən əvvəl çıxış edənlərin dediyi kimi olaydı. Amma zabitinin əsgərini erməniyə satdığı ordunun rəhbəri istefa verməlidir».
XS
SM
MD
LG