Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

«Şimon Peresin Azərbaycana səfəri tarixi bir səfərdir»


İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri iyunun 28-də baş tutacaq.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib. Onun sözlərinə görə Şimon Peresi böyük nümayəndə heyəti və üç nazir müşaiyət edəcək. O, Azərbaycanda yəhudi icması ilə görüşəcək və bir neçə ali təhsil müəssisıində çıxış edəcək.

Səfir Lenkin sözlərinə görə İsrail prezidentinin Azərbaycana səfəri tarixi bir hadisədir. Çünki indiyə qədər heç bir İrsail prezidenti bu regiona səfər etməyib.

Şimon Peres Azərbaycandan sonra Qazaxıstana gedəcək.

Artur Lenk bildirib ki, Şimon Peresin Azərbaycana səfəri ilə iki ölkə arasında yeni mərhələyə qədəm qoyulacaq. Onun sözlərinə görə həm İsrail, həm də Azərbaycan sabitlik və təhlükəsizlikdə maraqlıdırlar.

Səfir deyib ki, İrsailin İranla heç bir münaqişəsi yoxdur və onlar iranlılar üçün hər şeyin yaxşı olmasını istəyirlər. Lakin o həmçinin bildirib ki, İranın nüvə proqramı bütün dünya üçün təhlükəlidir. Artur Lenk bildirib ki, onun ölkəsi də bütün dünya kimi İrandakı hadisələri izləyir. Lakin İranla bağlı hələlik heç bir mövqe bildirilmir. «Biz nə baş verəcəyini axıra qədər izləmələyik. Hakimiyyətə gələn adamın hansı xarici siyasət yolu tutmasını bilməliyik. Yalnız bundan sonra şərh vermək olar»

XS
SM
MD
LG