Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:36

Nazirlər planlaşdırılmamış görüş keçiriblər


Xarici İşlər nazirləri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə, Bakı, 26 may 2009
Xarici İşlər nazirləri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə, Bakı, 26 may 2009
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu İstanbulda Yaponiyaya səfərdən qayıdan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Nazirlər jurnalistlərə açıqlamada bildiriblər ki, əvvəlcədən planlaşdırılmayan bu görüşdə tərəflər dünyadakı aktual məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Ermənistan Xarici İşlər nazirinin münasibətlərin normallaşması üçün Türkiyədən yeni addımlar gözlədikləri barədə bəyanatına münasibət bildirən Əhməd Davudoğlu deyib ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması təktərəfli addımlarla mümkün deyildir. Bu addımlar qarşılıqlı olmalıdır. Onun sözlərinə görə Türkiyə keçmişdə xoş niyyətli addımlar atmışdır və bunların qarşılığı olmalıdır.

«Elmar Məmmədyarovla bu məsələləri müzakirə etdik. Biz hər zaman olduğu kimi, bir millət, iki dövlət anlayışı ilə bölgədəki bütün prosesləri gözdən keçirdik. Son zamanlardakı Azərbaycan ilə Ermənistan arasındakı danışıqları, ələlxüsus uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi müzakirə etdik».

Elmar Məmmədyarov isə bildirib ki, Ermənistanla sülh danışıqları davam etdiriləcəkdir və bu müzakirələrin yekunu olaraq, Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxması istənilir.
XS
SM
MD
LG