Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:27

Etiraz edənlər Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar


Ötən il də buraxılış imtahanlarının nəticələrinə etiraz edənlər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər, 12 iyun 2008
Ötən il də buraxılış imtahanlarının nəticələrinə etiraz edənlər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər, 12 iyun 2008
Orta məktəblərin buraxılış imtahanlarından keçə bilməyən şagirdlər və valideynləri imtahanının nəticələrinə etiraz edirlər. Onlar iyunun 22-də Təhsil Nazirliyinin binası qarşısına yığışıblar.

Bəzi şikayətçilər imtahanların sualları ilə rəsmi variantda verilən cavablar arasında uyğunsuzluq olduğunu, attestat almaq üçün onlardan rüşvət tələb edildiyini bildirirlər.

İmtahandan keçməyənlər attestat almaq üçün gələn il yenidən imtahan verməlidirlər.

Şagirdlər və valideynləri Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri ilə görüşmək istəyirlər. Lakin hələ onları nazirlikdən heç kim qəbul etməyib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, imtahan verən şagirdlərdən 77 faizindən çoxu attestat ala bilib. Nazir bu nəticələrin keçən ilki ilə müqayisədə yaxşı olduğunu deyib. Ölkə üzrə ən yaxşı göstəricini Sumqayıt, Bakıda isə Xətai rayonunun məktəbliləri göstəriblər. Ən pis nəticə isə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
XS
SM
MD
LG