Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:12

Qarabağla bağlı növbəti sammit yenə Rusiyada olacaq


Azərbaycan və ermənistan prezidentlərinin növbəti görüşü İyul ayının ortalarında Rusiyada baş tuta bilər. ATƏT-in Mİnsk qrupunun Amerikalı həmsədri Metyu Brayza belə deyib.

Brayzanın sözlərinə görə, həmsədrlərin iştirakıyla keçiriləcək həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yekun sənəddə yer alacaq təməl prinsipləri – baza prinsiplərini razılaşdırmağa ümid edirlər.

Metyu Brayza bildirib ki, bu günə kimi danışıqlarda irəliləyişlər əldə edilib, bu da onlarda ümid yaradır ki, yekun sənədin mətnini bu ilin sonuna qədər hazırlaya bilərlər.

Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov bu gün bildirib ki, Azərbaycan və Ermənistanln xarici siyasət idarələrinin başçıları iyunun 26-də Parisdə görüşəcəklər. Araz Əzimovun sözlərinə görə, Elmar Məmmədyarov və Eduard Nalbandyan görüşdə həmsədrlərin verdikləri təklifləri müzakirə edəcək.
XS
SM
MD
LG