Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:27

Rusiya Moldovaya 500 milyon dollar təklif edir


Rusiya Moldovaya 500 milyon dollar kredit ayırmağa hazırdır. Rusiya Baş naziri Vladimir Putin Moldovanın səlahiyyət müddəti bitməkdə olan kommunist prezidenti Vladimir Voroninlə Moskvadakı görüşdə bu təklifi eləyib. Putin bildirib ki, Rusiya hökuməti kreditin ilk hissəsini ayyarım – 2 ay içində ayırmağa hazırdır.
Vladimir Voronin Moskvada Rusiyanın prezidenti Dmitri Medvedevlə də görüşüb.

Moldovada aprelin 5-də keçirilən seçkilərdən sonra, kommunistlərin qələbəsi elan edilsə də, baş verən etirazlar və siyasi böhran üzündən deputatlar yeni prezidenti seçə bilməmişdilər. Bu üzdən parlament in buraxılıb, iyulun 29-da təkrar seçki keçirilməsi haqda qərar verilib.
XS
SM
MD
LG