Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:06

Ərəblərin sükutu


Tehranda aksiyalar
Tehranda aksiyalar
«Vaşinqton Post» qəzeti 25 iyun tarixli sayında Misir əsilli yazar Mona Eltahavinin maraqlı bir yazısını dərc edib. «İran məsələsində sükut» başlıqlı məqalədə müəllif yazır ki, ərəb dünyası İranda baş verən son proseslərlə bağlı qəribə bir sükut nümayiş etdirir.

Müəllif bunun səbəbini də izah edir: «Gəlin seçkiləri saxtalaşdırmaqda (əgər ümumiyyətlə seçki keçirilərlərsə) ekspert olan ərəb liderlərindən başlayaq. Onlar İran seçkiləri, yaxud seçki saxtakarlığı iddiaları barədə nə deyə bilərlər ki, riyakar səslənməsinlər? Heç Mahmud Əhmədinejatı – nüvə ambisiyalı çoxdankı regional rəqiblərini də təbrik etməyə tələsmirlər».

Müəllif yazır ki, ərəblərin sakitliyi özündə bir diskomfort gizlədir. Ərəb demoqrafiyası İranla xeyli mənada səsləşir. Ərəblərdə də əhalinin böyük bir kəsimi gənclərdir və bu gün onlar televizorda öz haqlarını küçələrdə tələb edən İran gənclərini görəndə fikirləşirlər: «Bu mənəm».

İkinci bir problem ondan ibarətdir ki, uzun müddət ərəblər arasında siyasi populyarlıq qazanmaq üçün ABŞ və İsrailin əleyhinə getmək kifayət idi. Öz xalqı ilə necə davranmasından asılı olmayaraq ABŞ-a və İsrailə qarşı gedən siyasi lider populyar olurdu. İndi ortada bu xətti aparan dövlət başçısı da yalnız İranda qalmışdı. Belə ki, Səddam Hüseyn gedib, Müəmmar Qəzzafi ABŞ-a yönəlik siyasətini dəyişib, yerdə qalan ərəb dövlət başçıları isə Hüsni Mübarəkin Misirindən tutmuş İordaniya və Səudiyyə Ərəbistanının krallarına qədər «ABŞ-ın dəstəklədikləri diktatorlardır».

İranda əhali bir örnək göstərdi ki, xalqı razı salmaq üçün ABŞ-ı və İsraili söymək bəs etmir. Əvvəl Əhmədinejata «şir kimi baxan ərəblər idi nə etsinlər? Xüsusilə də Corc Buş artıq siyasi səhnəni tərk edibsə?
Bu xüsusda müəllif iki məqamı qeyd edir. Birincisi, İranda Əhmədinejatın məğlubiyyəti ilə anti-Amerika meylli dövlət başçısı qalmayacaq və bu məsələdə liderlik qeyri-dövlət qurumlarına (Həmas, Hizbullah və s.) keçəcək. İkinci və daha vacib məqam isə odur ki, İranda əhali bir örnək göstərdi ki, xalqı razı salmaq üçün ABŞ-ı və İsraili söymək bəs etmir. Əvvəl Əhmədinejata «şir kimi baxan ərəblər idi nə etsinlər? Xüsusilə də Corc Buş artıq siyasi səhnəni tərk edibsə?»

Müəllifin fikrincə, İrandakı proseslər ərəb dünyasında uzun müddət xilas yolu kimi görülən siyasi İslama ağır zərbə oldu. «1979-cu il inqilabı ABŞ-ın dəstəklədiyi şahı və onun zülmünü süpürüb atanda, İran İslam idarəçiliyinin çox arzu olunan ilğımı kimi görünürdü və hətta əhalinin çoxluğunun şiə olmadığı ölkələrdə də bu belə idi. 30 il sonra isə iranlılar dünyəvi və ABŞ-ın dəstəklədiyi diktatora qarşı deyil, rejimin təqdir etdiyi namizədlərin arasında demokratik prinsipləri rəhbər tutuğunu bəyan edən hakim din xadimlərinə qarşı etiraz edirlər. İndi İranda baş verənlərlə ABŞ, yaxud İsrailin heç bir əlaqəsi yoxdur.

Məsələ nə Əhmədinejatdadır, nə də Mihüseyn Musəvidə. Məsələ hətta İrandakı varlılarla kasıbların da arasında deyil. Etiraz edənlər o kəslərdir ki, onlar fikirləşir ki, onların səslərinə sayğısız yanaşılıb. Misirdə bizim dünyəvi diktatorumuz 28 ildir ki, öz iradəmizə sayğısızlıq edir. İranda isə 30 ildir ki, həmin işi Allahın arxasında gizlənən klerikallar edir. Klerikalların diktaturası oradakı işgəncə və döyülmələrin Allah adı altında edildiyinə görə daha məqbul olmur».

Müəllif yazır ki, bu nümunə siyasi İslama kifayət qədər ağır zərbə vurub, belə ki, hətta Əhmədinejatı təbrik etmiş Müsəlman Qardaşları təşkilatının özünün içində gənclər qocalmış rəhbərliyə qarşı çıxmağa başlayıblar. İranda olduğu kimi, bu mübahisələrin də əsas cərəyan etdiyi yer internetdə Facebook, Twitter və bu kimi digər saytlardır.

Müəllif yazır ki, artıq bir çox ərəb bloqerləri internetdə İrandakı repressiyalarla öz ölkələrində baş verənlər arasında paralellər aparmağa başlayıblar. Çoxları ABŞ-ın ikiüzlü siyasətini də qeyd edir, belə ki, 2005 və 2006-cı illərdə Qahirə küçələrində nümayişçilər döyülüb sürütlənəndə ABŞ oradakı proseslərə dəstək verməmişdi.

Yekunda müəllif ərəblərin sükutuna baxıb bezənlərə məsləhət görür ki, internetə girsinlər və ərəb saytlarına baxsınlar, belə ki, «internet səssizlərə səs verir və sükutu pozur».
XS
SM
MD
LG