Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:27

«İranda 40-a yaxın mətbuat işçisi həbs edilib»


Jurnalistləri Müdafiə Komitəsindən (CPJ) deyirlər ki, İran hökuməti mübahisəli 12 iyun prezident seçkisi ilə bağlı 40-a yaxın jurnalist və mətbuat işçisini həbs edib. Bəyanatda bildirilir ki, həbsdə olanların 25-i islahatçı «Kalameh Sabz» qəzetinin əməkdaşlarıdır. Həbs olunanların əksəriyyəti İran vətəndaşlarıdır, amma onların arasında «Washington Times»ın əməkdaşı yunanstanlı müxbir də var.

Prezident seçkisi başlayanı İran müxalifət tərəfdarlarına qarşı sərt tədbirlər həyata keçirir, kütləvi informasiya vasitələrinə məhdudiyyətlər tətbiq edir.

XS
SM
MD
LG