Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan növbəti dəfə görüşəcək. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mövcud durumu ətrafında fikir mübadiləsi aparılacaq, tənzimləmə prosesinin perspektivləri araşdırılacaq, eləcə də iki ölkə prezidentinin iyul ayına nəzərdə tutulan görüşünün dəqiq vaxtı müəyyən ediləcək. Məlumatı ANSpress yayıb.