Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ilk hadisə Bakının Sabunçu rayonu ərazisində qeydə alınıb. Rayonun Kürdəxanı çimərliyində Balaxanı qəsəbə sakini İbrahim Aslanov dənizdə çimərkən suda boğulub. Digər boğulma hadisəsi Lənkəran şəhərində baş verib. Şəhərin Nərimanabad qəsəbəsi ərazisində Şərəf kənd sakini Təhminə Talıbova dənizdə çimərkən batıb. Hər iki faktla bağlı araşdırma aparılır. / ANS Press / |