Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:35

İranda prezident seçkisinin nəticəsi yenidən hesablanır


İranda prezident seçkisinin nəticəsinin yenidən hesablanmasına başlanıb. Seçkidə əvvəlki prezident Mahmud Əhmədinejatın qalib gəldiyi bildirilir. Dövlət televiziyasının məlumatına görə, səslərin sayılması paytaxtın 22 rayonu və bölgələr üzrə aparılır. Məlumatda o da deyilir ki, seçkini uduzmuş müxalifətdən olan iki namizəd – Mir Hüseyn Musəvi və Mehdi Kərrubi səslərin yenidən sayılmasında iştirak etmək üçün nümayəndə təyin etməyiblər.

Konstitusiyanı müdafiə şurası müxtəlif məntəqələrdən götürülmüş 10 faiz blütenin yenidən sayılması ilə bağlı göstəriş verib. Müxalifət isə seçkinin nəticəsini tamamilə ləğv etməyi tələb edir. Gözlənilir ki, yenidən sayılan səslərin nəticəsi bu gün açıqlanacaq.

XS
SM
MD
LG