Azərbaycan və Rusiya Şahdəniz yatağı qazının Rusiyaya satılmasının əsas şərtləri haqda saziş imzalayıblar.
Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanla Rusiyanın əməkdaşlığını “yeni formatlı əməkdaşlıq”, Azərbaycan-Rusiya münasibətlərini "strateji münasibətlər" adlandırıb.
Rusiya artıq 2010-cu ildən Şahdəniz yatağından qaz almağa başlamalıdır.
Səfər zamanı Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.
Medvedevin səfəri zamanı iki ölkə arasında ticarət və biznes əməkdaşlığını gücləndirmək də müzakirə mövzusu olacaq. Hazırda iki ölkənin ticarət dövriyyəsi ildə 2 milyard 400 milyon dollardır.
Keçən il ticarət dövriyyəsi 40 faiz artıb.