Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:29

«Yalnız onu deyə bilərik ki, səfir İrandadır»


İran səfirliyində səsvermə, 12 iyun 2009
İran səfirliyində səsvermə, 12 iyun 2009
«Yalnız onu deyə bilərik ki, səfir İrandadır. Onun hansı səbəbdən Bakıdan getməsini deyə bilmərik». İranın Azərbaycandakı səfirinin köməkçisi Abbas İsgəndəri «Azadlıq» radiosuna belə deyib.

Diplomat İranın Azərbaycandakı səfirinin geri çağırılması barədə məsələyə şərh verməyib.

«İrna» Agentliyi məlumatlı mənbəyə istinadən səfirin geri çağırılması barədə informasiya yaymışdı. Məlumata görə, səfirin məsləhətləşmələr üçün geri çağırılmasına səbəb İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri və İsrailin Azərbaycandakı səfiri Artur Lenkin İran rəhbərliyi tərəfindən «təhdid» kimi qiymətləndirilən açıqlamaları olub. Mənbə məhz hansı açıqlamaların nəzərdə tutulduğunu deməyib.

İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri iyunun 28-də başlayıb.

İranın hakimiyyət orqanları bu səfərin əleyhinə fikirlər səsləndiriblər.
XS
SM
MD
LG