Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:39

Qəzaya düşən təyyarədə sağ qalan var


Qəzaya uğrayan Yəmən təyyarəsində sağ qalan var. «Frans-Press» agentliyi yerli həkimlərə istinadən həmin şəxsin uşaq olduğunu deyib. Ətraflı məlumat verilmir.

Qəza zamanı təyyarədə 153 nəfər olub. Sərnişinlərinin əksəriyyəti fransız və Komor adalarının sakinləridir.

Təyyarə Yəmən paytaxtı Sanaadan Komor arxipelaqının paytaxtı Moroniyə uçan zaman qəzaya uğrayıb.

Fransanın Nəqliyyat naziri deyib ki, qəzaya səbəb təyyarə yox, pis hava şəraiti ola bilərdi.

Bundan öncə iyunun 1-də «Air France» şirkətinə məxsus «Airbus 330»un qəzaya uğraması nəticəsində göyərtədə olan 228 nəfərin hamısı həlak olub.
XS
SM
MD
LG