Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Enn Ders: «Qanuna edilən dəyişiklikləri dəyərləndirmək bir qədər çətindir»


«Azərbaycanda güclü, oturuşmuş demokratik institutların yaradılması ABŞ-ın maraqları sırasındadır».

«QHT-lər haqqında» qanun layihəsinə əlavə və dəyişikliklər üzrə parlament müzakirəsinə qatılan ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders «Azadlıq» radiosuna belə deyib.

Səfirin sözlərinə görə, qanuna edilən dəyişiklikləri dəyərləndirmək bir qədər çətindir. Səbəb sənədin ictimai müzakirəyə çıxarılmadan, dəyişikliklərlə bağlı ictimaiyyətə hər hansı məlumat verilmədən qəbul edilməsidir:

«Düşünürük ki, çox fəal işləyən vətəndaş cəmiyyəti institutları ictimaiyyətə onun bir çox məqsədlərinə çatmaq üçün olduqca böyük yardım göstərir. Azad media ilə yanaşı həqiqətən müstəqil, cəmiyyətdəki proseslərə fəal şəkildə qatılan vətəndaş cəmiyyətinin yaradılması ölkədə demokratik dəyərlərin inkişafı üçün olduqca vacibdir».
XS
SM
MD
LG