Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:50

İranda prezidentliyə namizədin qəzetini qapadıblar


Bundan əvvəl Mehdi Karubi deyib ki, Mahmud Əhmədinejatın yenidən prezident seçilməsini qəbul etməyəcək.

M. Karrubi iyunun 12-də keçirilən seçkilərin «legitim» olmadığını deyib.

Prezidentliyə namizədin bu bəyanatından sonra Karrubinin Etemad Melli partiyası öz saytında eyni adlı qəzetin nəşrinin qadağan olunduğunu bildirib.

İran rəhbərliyi bildirib ki, müxalifətin etirazlarına dözümlə yanaşmayacaq. Bundan öncə İranın Mühafizə Şurası Əhmədinejatın çoxsaylı qanun pozuntularına baxmayaraq, yenidən prezident seçilməsini müdafiə edib.
XS
SM
MD
LG