Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:12

Meriya müsavatçı gənclərə «Bibiheybət»i göstərdi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Təşkilatını iyulun 6-da Təhsil Nazirliyi qarşısında aksiya keçirməyə icazə verməyib. Meriya əvəzində Səbail rayonunda yerləşən «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin «Bibiheybət» stadionunda keçirilməsini təklif edib.

BŞİH-nin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən «Azadlıq» radiosuna daxil olan məlumatda deyilir ki, piyadalar üçün binanın ətrafında ayrılmış sahələr çox geniş olmadığı üçün, müraciətdə göstərilən sayda şəxslərin iştirakı ilə toplantının nazirliyin qarşısında keçirilməsi mümkün deyil.

Müsavat Gənclər Təşkilatı orta məktəblərdə buraxılış imtahanlarına tətbiq olunan yeni qaydalara etiraz etmək üçün Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirmək istəyirdi.


XS
SM
MD
LG