Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:15

NABUKKO üçün tranzit sazişi imzalanır


NABUKKO qaz kəməri layihəsi üçün dövlətlərarası tranzit sazişi iyulun 13-də Ankarada imzalanacaq. Avropa Birliyi bu barədə yayılan xəbərləri təsdiq edib.

Bu kəmər Avropa Birliyinin Rusiya qazından asılılığının aradan qaldırılması üçün planlaşdırılır. O, Xəzər və Yaxın Şərqdən təbii qazı 2014-cü ildə Avropaya çatdırmalıdır. Amma layihə üzrə danışıqlar çox gecikib.

Sazişi kəmərin keçəcəyi beş ölkənin - Türkiyə, Bolqarsıtan, Rumıniya, Macarıstan və Avstriyanın təmsilçiləri imzalayacaq.

NABUKKO-ya İraqdan, Misirdən, Azərbaycandan və gələcəkdə mümkün olsa, Rusiyadan və Türkmənistandan da qaz alınması nəzərdə tutulur. Əgər Vaşinqtonla Tehran arasında münasibətlər normallaşsa, İrandan qaz alınması mümkündür.
XS
SM
MD
LG