Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:46

Urumçidə ölənlərin sayı rəsmi rəqəmlərdən çoxdur


Urumçidə polisin öldürdüyü şəxslərin yaxınlarının aksiyası. 7 iyul 2009
Urumçidə polisin öldürdüyü şəxslərin yaxınlarının aksiyası. 7 iyul 2009
Çinin qərbində qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub. Bu haqda dövlətə məxsus «Sinxua» agentliyi xəbər verir.

Çin mediasının verdiyi məlumata görə, Sinzian regionunda baş verən zorakılıqda 140 nəfər ölüb, 800 nəfər yaralanıb. Urumçidə ölənlərinin sayının rəsmi elan olunan rəqəmlərdən çox olduğu bildirilir.

Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur. Şəhərdə mobil telefon şəbəkəsi və sosial internet şəbəkəsi olan Twitter-ə giriş bloklaşdırılıb.

Əsasən müsəlman uyğurların məskunlaşdığı regionda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar. Çin rəsmilərinin verdiyi məlumata görə hadisələri uyğur ekstremistləri törədiblər.

Sinzian regionunda baş verən zorakılıqda 140 nəfər ölüb, 800 nəfər yaralanıb
Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur
XS
SM
MD
LG