Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Döyülən gənclər 48 saatlığa həbs olundu


Döyülən Emin Milli və Adnan Hacızadıni qolu qandallı Səbail rayon Polis İdarəsindən harasa aparıblar
Döyülən Emin Milli və Adnan Hacızadıni qolu qandallı Səbail rayon Polis İdarəsindən harasa aparıblar
Səbail rayon Polis İdarəsinin qərarı ilə döyülən gənclərdən Adnan Hacızadə 48 saat müddətinə şübhəli şəxs kimi saxlanıb. Emin Milli də onunla həmrəylik nümayiş etdirərək birlıikdə təcridxanaya aparılmasını istəyib.

Saxlanan üçüncü gənc - Orxan Qafqarlı isə azad edilib. O, bizimlə söhbətdə bildirdi ki, gəncləri döyənlər iki nəfər idmançı olub. Polisə bildiriblər ki, döyülənlər restoranda onları təhqir edirmişlər. Ona görə də aralarında münaqişə yaranıb.

Bundan sonra polis əməkdaşları həmin idmançıları özləri ilə dal qapıdan hara isə aparıblar.

Orxan Qafarlı bildirir ki, polisin zərəçəkən olduqları halda gəncləri təcridxanaya aparmasını onların müxalif siyasi fikirlərinə görə cəzalandırılmaları hesab edirlər.

Səbail rayon Polis İdarəsindən növbətçi polis əməkdaşı idmançı olduğu deyilən adamların hara aparılması, saxlanan gənclərin nədə şübhəli bilinməsi barədə suallarımıza cavab verməkdən imtina etdi.

Növbətçi polis məlumat üçün səhər tezdən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etməyi məsləhət görür.


****

Döyülən Emin Milli və Adnan Hacızadıni qolu qandallı şəkildə polis maşınına mindirərək Səbail rayon Polis İdarəsindən harasa aparıblar. Polis onların yaxınlarına və vəkilə hara aparıldıqlarını deməkdən imtina edir. İdarədə olan Orxan Qafarlıdan hələlik soraq yoxdur.

***

İctimai-siyasi proseslərdə fəal olan iki gənc – Emin Milli və Adnan Hacızadə iyulun 8-də axşam saatlarında döyülüb. Adı çəkilənlərlə birlikdə yeddi gənc axşam ssatlarında Bakıda Livan restoranında yemək yeyə-yeyə söhbət edirlərmiş.

Şahidlərin dediyinə görə qonşu masada onların söhbətini dinləyən iki nəfər hələlik şəxsiyyəti jurnalistlərə bəlli olmayan adam isə gənclərə hücum edərək Emin Milli və Adnan Hacızadəni döyüb. Onlardan birinin burnu sınıb, digərinin isə sifətində göyərtilər, ayağında kəsik var.

Polis münaqişədə olanların hamısını saxlayıb. Onbların hamısı əvvəlcə Bakıda Narkoloji Dispanserdə yoxlanıblar. Bundan sonra isə Səbail rayon Polis İdarəsində dindirilirlər. Polis İdarəsinin qarşısında toplaşan gənclərin dostları və valideynləri də zorla ərazidən kənarlaşdırılb.

Vəkil İsaxna Aşurov bildirir ki, gənclərdən ifadənin necə alınması və üzləşmənin gedişini müşahidə etmək istəsə də polis nə onu, nə də saxlananların valideynlərini içəri buraxmır.

Polis İdarəsində olan gənclərdən biri - Orxan Qafarlı bayırda gözləyənlərə bildirib ki, gəncləri döyən iki nəfəri polis harasa aparıb. Onlara deyilənə görə həmin adamlar Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasına aparılırlar. Amma hələlik onların azadlığa buraxıldıqları, yoxsa həqiqətən təcridxanaya aparıldıqları dəqiq məlum deyil.

Döyülən gənclərdən Adnan Hacızadəni də polis 48 saat müddətinə şübhəli şəxs kimi saxlamaq qərarına gəlib.

Hələlik Emin Milli və Orxan Qafarlının dindirilməsi davam edir.
XS
SM
MD
LG