«Mən ümid edirəm ki, «Azadlıq», «Amerikanın səsi» və BBC radioları yenidən Azərbaycanda FM tezliyində yayımlanacaq».
ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Aleksis Şahtaxtinski ötən ilin sonunda Milli Televiziya və Radio Şurasının xarici radioların FM-də yayımını dayandırması ilə bağlı qərarını şərh edərkən «Azadlıq» radiosuna belə deyib.
A.Şahtaxtinski bildirib ki, ATƏT də, şəxsən o da bu qərardan təəssüflənib:
«Formal olaraq qərarı Milli Televiziya və Radio Şurası verib. Əslində, bu qərarın təşəbbüskarı kimdir - deyə bilmərəm, amma məncə, bu qərar yaxşı götür-qoy edilməyib, bəlkə də tələsik verilib. Bəziləri deyirlər ki, qanuni baza imkan vermir ki, xarici radio Azərbaycanda yayımlansın. Mən əminəm ki, siyasi iradə olarsa, hüquqi bazanı yaratmaq elə də çətin deyil. Elə siyasətçilər, diplomatlar və parlamentarilər bunun üçün deyilmi?»
Aleksis Şahtaxtinski deyib ki, 1994-cü ildə mərhum prezident Heydər Əliyevin «Azadlıq» radiosunun Azərbaycanda FM tezliyində yayımına icazə verməsi cəsarətli addımıydı. Və bununla o, Azərbaycanda söz azadlığının miqyasını göstərməyə çalışdı.
Cənab Şahtaxtinski ATƏT-in bu məsələni diqqətdə saxladığını da bildirib:
«Bu yöndə hökumətlər arasında ikitərəfli danışıqlar gedir. Ümid edək ki, bu məsələ müsbət yöndə həll olunacaq. Biz azad sözün, azad informasiya mübadiləsinin tərəfdarıyıq. Azad söz fundamental dəyərlərdəndir. Azad mətbuat olmadan sözün həqiqi mənasında insan haqlarından, demokratiyadan danışmaq olmaz».
ATƏT rəsmisi deyib ki, bəzən Azərbaycan jurnalistlərinin peşəkar səviyyəsi yetərincə deyil, amma «Azadlıq» radiosu çox peşəkar informasiya vasitəsidir:
«Bu radionun yenidən FM-də yayımlanmamasından təəssüflənərdim. Demək belə çıxır ki, o zaman meydanda ancaq qeyri-peşəkarlar qalır?»