Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:56

«Emin Milli və Adnan Hacızadənin məsələsini diqqətlə izləyirik»


Ceyms Steynberq
Ceyms Steynberq
ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberq iyulun 10-da Bakıya səfər edib, prezident İlham Əliyevlə görüşüb. Gündəlikdə duran əsas məsələ Qarabağ münaqişəsi olub. ABŞ rəsmisi deyib ki, münaqişənin həll edilməsinin bütün regiona xeyri olacaq. Görüşdə həmçinin Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi də müzakirə olunub.

Bakıdan sonra Steynberq Yerevana yollanacaq.

Ceyms Steynberq «Azadlıq» Radiosunun suallarını cavablandırıb:

- İki gənc bloqçu və gənc lider Adnan Hacızadə ilə Emin Milli həbs olunub. Bu şəraitdə ABŞ media fəallarının təhlükəsizliyini necə dəstəkləyə bilər?


- Biz bu vəziyyəti diqqətlə izləyirik və mən səfirlikdən narahatçılıq doğuran məsələlərlə bağlı məlumat almışam. Biz dəqiq nə baş verdiyini öyrənmək üçün hökumətlə təmaslarımızı davam etdirir, bunu hərtərəfli izləyirik. Mən hesab edirəm ki, mətbuat çox böyük həlledici rola malikdir. İnformasiya mənbələri və debatlar vacibdir. Biz bu yaxınlarda bunu İranın timsalında gördük. Prezident aydın şəkildə açıq cəmiyyətin mövcudluğunu şərtləndirən mətbuatın rolu və xüsusilə də yeni medianın oynadığı rol barədə danışıb. Ona görə də biz bu məsələni izləyir və müntəzəm olaraq hökumət qarşısında qaldırırıq.

- Prezidentlə görüşdə hansısa xüsusi mövzu müzakirə olunub?


- Bizim bir çox məsələlərlə bağlı geniş müzakirəmiz oldu, o cümlədən Azərbaycanda mətbuatın rolu ilə bağlı.

- «Azadlıq» Radiosu və «Amerikanın səsi»nin FM tezliyində yayımı ilə bağlı danışıqlar nə yerdədir?


- Mən məsələni prezidentlə müzakirə etdim. Mən «Azadlıq» Radiosunun işinin güclü tərəfdarıyam və ümid edirəm ki, bununla bağlı biz yol tapacağıq.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz
XS
SM
MD
LG