İran danışıqlar üçün yaxın vaxtlarda aparıcı dünya ölkələrinə siyasi, təhlükəsizlik və beynəlxalq məsələlərlə bağlı təkliflər paketi vermək niyyətindədi.
İranın xarici işlər naziri Manuçöhr Mottaki bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, paket İranın nüvə proqramı da daxil olmaqla danışıqlar üçün yaxşı əsas ola bilər.
ABŞ prezidenti Barak Obama nüvə proqramıyla bağlı danışıqlara başlamaq üçün Tehranın sentyabradək vaxtı olduğunu deyib.
Böyük 8-lər ölkələrinin İtaliya sammitində qəbul olunmuş bəyanatdda İranın nüvə proqramı üzərində işləməsi və bu yaxınlarda ölkədə keçirilmiş etiraz nümayişlərinin dağıdılmasından narahat bildirilir.