Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:49

Çin səfirliyi qarşısında aksiya dağıdıldı


İştirakçılardan 4 nəfərini polis bölməsinə aparıblar
İştirakçılardan 4 nəfərini polis bölməsinə aparıblar
İyulun 14-ü Müsavat partiyasının fəalları Çinin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyiblər. Çində uyğurların öldürülməsinə etiraz edən aksiyanı polis dağıdıb.

İştirakçılardan 4 nəfərini polis bölməsinə aparıblar. Yalnız 1 nəfərə Çin səfirliyinə qətnaməni təqdim etməyə icazə verilib.

Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian regionunda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilərlə polis arasında qarşıdurma olub.

Baş verən toqquşmalarda 184 nəfər ölüb. 1680-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.
XS
SM
MD
LG