Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

DAK-çılar Çin səfirliyi qarşısına qara əklil qoyublar


Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndələri bu gün Çinin Bakıdakı səfirliyi qarşısına qara əklil qoyublar. Bununla da Çində uyğur türklərinin qətliamına etiraz ediblər.

Əklilin üzərində «Uyğur qətliamı Çin dövlətinin üz qarasıdır!» sözləri yazılıb.

Polis aksiyaya müdaxilə etməyə cəhd etsə də, DAK-ın həmsədri Sabir Rüstəmxanlı etirazın baş tutduğunu deyib. Aksiya iştirakçıları DAK-ın bəyanatını Çin səfirliyinin rəsmisinə təqdim ediblər.

Sabir Rüstəmxanlı: «Bəyanatda qısa şəkildə Çində türklərə qarşı tərədilən qətliamlar pislənir. Bu, illər uzunu Çin dövlətinin apardığı assimilyasiya siyasətinin davamıdır. Müsəlman uyğurlar düşünülmüş şəkildə məhv edilir».

Çinin Sincan əyalətində uyğurların qətliamına iyulun 14-də Müsavat Partiyasının Gənclər Təşkilatının fəalları da etiraz etmişdilər.

Beynəlxalq agentliklərin məlumatına görə, Çində uyğurlarla baş verən toqquşmalarda 184 nəfər ölüb. 1680-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər isə həbs olunub.
XS
SM
MD
LG