Yadigar Zəkəriyyə Norveç-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidentidir.
1950-ci ildə Bakıda anadan olub. İxtisasca həkimdir. Sonradan Moskvada hərbi və hüquq sahələri üzrə də ali təhsil alıb. Azərbaycanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşı-polkovnikdir. Özünün dediyinə görə 1995-ci ildə orduda korrupsiya, rüşvət hallarının vüsət almağa başladığını görüb vəzifəsindən istefa verib. 1996-cı ildə həbs edilib. Amma sonra fəaliyyətində əskiklik olmadığı təsdiqləndiyi üçün buraxılıb. 1999-cu ildə isə Norveçə mühacirət edib.
Bu günlərdə Bakıda olarkən fikirlərini bizimlə bölüşdü:
-Bir diaspora təşkilatı olaraq Azərbaycanın rəsmi strukturları ilə yarada bilmisinizmi?
- 2004-cü ildə Azərbaycanın Diaspora ilə iş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz yarandı. Sonra dəvətlə Azərbaycana gəlib getməyə başladım. Köhnə ədavətlər unuduldu.
- Bəs o vaxtadək necə fəaliyyət göstərirdiniz?
- 1999-cu ildən Norveçdə Güney Azərbaycan hərəkatı ilə məşğul idim. Dünya azərbaycanlıları konqresinin qurultaylarında iştirak edirdim. Diqqətimiz daha çox bu məsələyə köklənmişdi, Oradakı qurumlarımızın sayca çoxluğunu adətən Güney Azərbaycanlıları təşkil edir. Biz də həmişə onların problemlərini öz problemlərimizlə yanaşı qoyub həll etməyə çalışmışıq. Nəhayət 2002-ci ildə Norveç-Azərbaycan dostluq cəmiyyəti yaratdım. İndiyədək onun sədriyəm.
-Oradakı azərbaycanlılar buradakı müxtəlif siyasi qüvvələrin təmsilçiləridir ya yox? Əgər belədirsə bu ümumi işinizə mane olmur ki?
- Avropada Azərbaycan Respublikasından olanlar Mütəllibovçu, Cəbhəçi, YAP-çı və sair müxtəlif siyasi qruplaşmalara aiddirlər. Ona görə də indiki iqtidarın təmsilçiləri gəlib oradakıları siyasiləşdirməyə çalışanda o adamların bir hissəsi itirildi. Amma sonradan çətinliklə də olsa yenidən onları yığmaq mümkün oldu. Biz incik düşənlərin hamısına məsləkimizin birliyini – hamımızın əsas probleminin Qarabağ məsələsi olduğunu xatırlatdıq.
- Hansı işləri görürsünüz bu istiqamətdə?
- Müxtəlif tədbirlər keçirməklə bu problemin mahiyyətini Norveç ictimaiyyətinə çatdırırıq. Biz Azərbaycan üçün kənarda ümumi iş görürük və hesab edirik ki, bizi təlimatlandırmağa ehtiyac yoxdur. Bu fikirləri Diaspora ilə iş üzrə dövlət komitəsinə də bildirdik. Onlar da deyəsən bu tövsiyələri qəbul etdilər. Çünki indi Avropadakı təşkilatlarla işlərini daha ehtiyatla qururlar. Amma sözdən başqa bir şey görmürük. Maddi kömək lazım idi ki, Osloda bir «Azərbaycan evi» açaq. Əvvəl Bakıdan müsbət fikirlər eşitdik. Ona görə də orada dostlar yığışıb bir «Azərbaycan evi» açdıq. Bayrağımızı da asdıq üstündən. Bir müddət saxladıq bu evi. Amma sonra Azərbaycandan maddi dəstək gəlmədiyi üçün məcbur olub işimizi dondurduq.
-Dağlıq Qarabağ məsələsi ilə həm də oradakı erməni diasporası məşğul olur. Hansı diaspora daha fəaldır bu işdə?
-Erməni disporaları ilə müqayisədə bizim fəaliyyətimiz çox aşağı səviyyədədir. Bunun bir səbəbi də odur ki, azərbaycanlılar hələ indi-indi Avropalılaşmağa başlayıblar. Ermənilər isə orada artıq oturuşmuş Avropa xalqlarıdılar. İşlərini də çox asanlıqla qura bilirlər. Amma digər keçmiş sovet respublikalaranın fəaliyyəti ilə müqayisədə bizim diasporamız xeyli qabağa gedib. Məsələn, özbəklər öz ölkələrinə – Özbəkistanın indiki hakimiyyətinə qarşı çıxırlar. Güneydən olan diaspora İrana qarşıdır. Amma bizim diaspora ümummilli problemlərin həlli üçün Azərbaycan dövlətinin yanındadır.
-Norveçdəki KİV-lərə çıxışınız nə yerdədir?
-Osloda özümüzün ayrıca radiomuz var. Güney Azərbaycanın və Azərbaycanın problemlərini müntəzəm işıqlandırırıq. Musiqilərimizi təbliğ edirik. Norveçdə Azərbaycan ilk növbədə neftə görə tanınırsa, ikincisi növbədə məhz bizim - yəni diasporanın fəaliyyətinə görə tanınır.
-Səhv eləmirəmsə 2003-cü ildə siz İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etmisiniz.
-Bəli, elədir. 2003-cü ildə İlham Əliyev prezident seçiləndə mən rəsmən onu təbrik etdim. Fikirləşdim ki, yüksək təhsil görüb, dünyanı gəzib. Çox ümid edirdim ki, o yeni, gənc kadrlarla işləyəcək. Hətta düşünürdüm ki, onları da öyrədəcək. Ümidlərim çox idi. Fikirləşirdim ki, Azərbaycanda böyük dəyişikliklər baş verəcək. Amma təəssüf ki, bunlar hələ ki, baş vermir...
- Sizcə Azərbaycanda da Norveçdəki kimi olması üçün ilk növbədə nə edilməli idi?
-İlham Əliyev neft pullarından düzgün istifadə edib özü kimi sağlam, hündür boylu, təhsil görmüş, dilləri bilən yeni bir nəsil yetişdirə bilərdi. Və bu onun fəaliyyətin ən böyük göstəricisi olardı. O adamları ətrafına yığardı və yeri gələndə bizlərə də qulaq asardı. Amma mən təəssüf ki, illərdir ona bir məktubu belə çatdıra bilmirəm…