Pentaqon bu gün təsdiqləyib ki, iyunun 30-da Əfqanıstandakı bazasından yoxa çıxmış əsgəri əsir götürülüb. Bu bəyanatdan bir gün öncə Talibanın internet vasitəsilə yayımladığı video materialda həmin əsgərin görüntüləri olub.
Müdafiə Departamenti əsgərin adını da açıqlayıb – bu 23 yaşlı Bou R. Berqdahldır. Əsgərin ilkin olaraq kim tərəfindən ələ keçirildiyi məlum deyil, amma Əfqanıstandakı Amerika komandasından deyiblər ki, o, Talibanın əsirliyindədir və əsgərin göstərildiyi videonun yayılması beynəlxalq qanuna ziddir.