Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:19

«Azəriqaz»a gücləri çatmır, qiyməti qaldırırlar


Hökumət qazın qiymətini artında keyfiyyəti artırmağı bəhanə gətirir, amma cammatın şikayətləri davam edir, hər il qaz sızmasından binalarda partlayışlar qeydə alınır
Hökumət qazın qiymətini artında keyfiyyəti artırmağı bəhanə gətirir, amma cammatın şikayətləri davam edir, hər il qaz sızmasından binalarda partlayışlar qeydə alınır
  • Niyə bütün dünyada enerji daşıyıcılarının qiyməti düşdüyü vaxt Azərbaycan hökuməti qazın qiymətlərini 2 dəfədən də çox qaldırdı?
  • Niyə hökumət faktiki olaraq neftin çıxarılmasından havayı (cüzi nəqliyyat xərcləriylə) əldə etdiyi səmt qazının qiymətini artırmağa ehtiyac görür?
  • Niyə hökumət Azərbaycan vətəndaşlarına qazı daha baha qiymətə satır, nəinki xarici ölkələrə?
  • Niyə hər dəfə qiymət qaldırılanda xidmətin keyfiyyətini artırmaq bəhanəsiylə artırılır, amma keyfiyyətlə bağlı şikayətlər hələ də həllini tapmır?

Azadlıq Radiosu və İnternyus-Azərbaycanın birgə layihəsi "Hər kəsin haqqı var"da bu həftə bu suallara cavab aranıb.

QAZANDIĞIMIN YARISI KOMMUNAL XƏRCLƏRƏ GEDƏCƏK


“Yaydır, az işlədirik, amma hər ay 25-30 manata qədər qaz pulu veririk. İndi ikiqat bahalaşıb, çox çətin olacaq”. Bu narahatlığı keçirən Yasamal rayon sakini Nərminə Yusifovadır. Qaz pulu 2 dəfədən çox artandan sonra onun da qayğıları ikiqat artıb. Çünki fikirləşir ki, belə getsə, həyat yoldaşının aylıq maaşının yarısı elə kommunal xərclərin ödənilməsinə sərf olunacaq.

SAYĞAC QOYULUB İNDİ DƏ BORC SİLMƏK ADIYLA PUL YIĞIRLAR

Yusifovların ailəsinə 3 ilə yaxındır ki, qaz sayğacı qoyulub. Amma qaz pulunu yenə də idarənin işçiləri gəlib qapıdan yığırlar. Nərminə xanım deyir ki, nə qədər maraqlansa da, hər ay sayğaca görə nə qədər həcmdə qaz işlətdiyini ona demirlər. Elə köhnə borcdan silinmək adı altında hər ay onlardan minimum 25 manat pul alırlar. Qaz pulu artmasına baxmayaraq, hələlik onların evinə işıq idarəsindən gəlib sayğacın göstərişini yazan da olmayıb:

“Bir məsələ də var ki, sayğaclar qoyulmazdan əvvəl hər ay pulu ödəyirdik, əvəzində bizdə bizə çek verirdilər. Gedib yerində yoxlamırdıq. Sayğac qoyulandan sonra bilmirəm o verdiyimiz pullar hara getdi İndi onları nəzərə almırlar. Yəqin onlar ciblərinə işləyiblər”.

ARAYIŞ

İyulun 1-dən etibarən təbii qazın hər 1000 kub metrinin qiyməti 100 manata, təxminən 125 dollara qaldırılıb. Bu, Azərbaycanın Gürcüstana və Türkiyəyə satdığı qazın qiymətindən 5 dollar bahadır. 1995-ci illə müqayisə etsək, bu müddət ərzində qazın qiyməti 19 dəfə artırılıb.

Kommunal xidmətlər üçün digər tariflərə gəlincə, 1995-ci illə müqayisədə elektrik enerjisinin qiyməti 12 dəfə artıb və hər kVt/saat üçün 6 qəpik təşkil edir. Telefon haqqı 17 qəpikdən 2 manata qədər qaldırılıb.

Bu müddətdə adambaşına düşən gəlirləin miqdarı isə cəmi13 dəfə artb.

AZƏRİQAZ ƏHALİNİN İŞLƏTMƏDİYİ QAZIN PULUNU DA ONLARIN BOYNUNA QOYUR

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər şöbəsinin rəhbəri Ələkbər Ağasiyev deyir ki, indi belə abonentlərin sayı çoxdur. Yəni, 2001-ci ildən etibarən qaz pullarını evlərdə yığmaq qadağan olunsa da, “Azəriqaz”ın işçiləri pulları özləri mənzillərdən yığırlar.

“Bizə daxil olan şikayətlərin təhlili göstərir ki, “Azəriqaz” neçə illərdir əhalinin istehlak etdiyi qaz enerjisinin miqdarını dəfələrlə artıq göstərib və qiymətin qaldırılmasına nail olub. Ona görə də indi “itkilərə” getmiş qazı müxtəlif vasitələrlə əhalidən çıxarmağa çalışırlar. Hansısa mənzildə qeydiyyatda olmayan şəxslər üçün qaz pulu alınır, istismarda olmayan cihazlar əlavə olunur, sayğac göstəriciləri kompüterdə artırılır”.

ORTADA İTƏN QAZIN HARA GETDİYİ MƏLUM OLSA, QİYMƏT DƏ ARTMAZ

Ə.Ağasiyev iddia edir ki, əhali işlətdiyi qazın pulunu verir. Vətəndaşlar sadəcə şişirdilmiş göstəricilərdən narazılıq edirlər.

“Guya israfçılığın qarşısının alınması üçün qazın qiyməti artırılıb. Bu, düz deyil. Əsas odur ki, qeyri-qanuni istehlakla qanuni istehlak arasında fərqin mənbəyi tapılsın. Bakıda 4 milyon əhali var, hər bir istehlakçı üçün 21 kub.m qaz nəzərdə tutulub. Bu, 1 il üçün 960 milyon kub.m qaz deməkdir. “Azəriqaz” isə 2-2,7 milyard kub.m deyir. “Həmin fərq harada istehlak olunur” sualına cavab verilsə, qiymət artımı da olmayacaq, maya dəyəri də artmayacaq, heç “Azəriqaz”a dövlət dotasiyası verilməsinə ehtiyac da qalmayacaq”.

DEPUTAT DEYİR QİYMƏT ARTMAYIB, TƏNZİMLƏNİB

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Nazim Məmmədov isə qazın qiymətinin artırılmasını zəruri addım kimi qiymətləndirir. Onun fikrincə, qiymətin tənzimlənməsi bazar münasibətlərinin qaydalarına uyğundur. Deputat iddia edir k, qonşu dövlətlərin hər birində qiymətlər kifayət qədər yüksəkdir.

ARAYIŞ


Təbii qaz - 1 kubmetr

Azərbaycan 0.125 $

Gürcüstan 0.300 $

Eelektrik enerjisi - 1 kilovatt/saat

Azərbaycan 0.075 $

Gürcüstan 0.110 $

MOBİL TELEFONA VƏ SİGARETƏ PULU OLAN, QAZIN DA PULUNU VERSİN

“Mobil telefona 40 manat xərcləyən vətəndaş qaza 20 manat ödəyə bilər”
N.Məmmədov hesab edir ki, qazın qiymətinin artması vətəndaşların həyat səviyyəsinə ciddi təsir göstərməyəcək. Onun fikrincə, indi insanlar siqaret və telefon konturlarına qaz və işıqdan daha çox pul ödəyirlər:

“Orta statistik ailə - 5 nəfərdən ibarət 3 otaqlı evdə yaşayan ailə 8-10 manat qaz pulu ödəyir. Halbuki, orta statistik Azərbaycan vətəndaşı hər ay siqaretə 35 manat, mobil telefona 40 manat xərcləyir. İndi ailənin qaz pulu artıb 16-20 manat olacaqsa, bu, heç də böyük rəqəm deyil”.

Milli Məclis üzvü əmindir ki, qeyd olunan qüsurlarla bağlı ölçü götürüləcək, vətəndaşların haqlarını pozan məmurlar cəzalandırılacaq.

XS
SM
MD
LG