Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:22

Əsrimizin ən uzun müddətli Günəş tutulması baş verdi


Manila şəhərindən müşahidə edilən günəş tutulması, 22 iyul 2009
Manila şəhərindən müşahidə edilən günəş tutulması, 22 iyul 2009
İyulun 22-də XXI əsrin ən uzun müddət davam edən Günəş tutulması baş verib. Türkiyənin «Hürriyyət» qəzeti xəbər verir ki, yalnız Asiya qitəsində müşahidə edilən proses 6 dəqiqə 39 saniyə davam edib.

205 kilometr enindəki tam günəş tutulması Hindistan, Nepal, Banqladeş, Butan, Çin, Yaponiyanın Ryukyu arxipelaqından və Marşall adalarından keçib.

Günəş tutulması Bakı vaxtı ilə 05:51-də Hindistanın qərb sahilində başlayıb. Saat 10:19-da isə Ayın kölgəsi Sakit okeanın cənub hissəsində planetin səthini tərk edib.

Budəfəki günəş tutulması 1991-ci ilin iyunun 11-də Cənubi Amerikada izlənilən analoji hadisədən 6 dəqiqə 53 saniyə qısa olub.
Günəş tutulması Hindistandan belə görünüb
Taypeydə uşaqlar günəş tutulması müşahidə edirlər
Günəş tutulması ən çox uşaqlara qəribə gəlib
XS
SM
MD
LG