İyulun 22-sindən «Nar Mobile» müştəriləri daha «Azercell» nömrələrinə zəng edə bilməyəcəkdi. Belə bir xəbərdarlığı «Azercell» şirkəti yaymışdı.
Həmin günün sonunda isə şəhər telefonlarından «Azercell»in özünün abunəçilərinə zəng etmək mümkün deyildi.
Rabitə sektorunda işləyən mənbə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin problemi məhz bu şəkildə çözdüyünü deyir.
«Azercell»ə «Azerfon» MMC-nin arasındakı problemin səbəbi 11 milyon manatlıq borc idi. «Azercell» nümayəndələri deyir ki, «Nar Mobile»ın təsisçisi olan «Azerfon» arabağlantı borcunu ödəmədiyi üçün rabitəni birtərəfli kəsməli olublar.
BORCLU BORCLUNUN SAĞLIĞINI İSTƏR?
«Azerfon» şirkətinin rəhbərliyi isə iyunun 22-də keçirdiyi mətbuat konfransında «Azercell»i qara piarda günahlandırıb. «Borcunuz varmı?» sualına cavab verməkdən yayınıb.
Amma günorta məlum oldu ki, «Nar Mobile»çıların «Azercell» nömrələrinə çıxışı var.
«Azercell» şirkətinin korporativ ünsiyyət və korporativ sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadənin sözlərinə görə, əvvəl şirkət bütün «Nar Mobile» abunəçilərinə qarşı məhdudiyyət tətbiq etmək qərarına gəlsə də sonradan bu qərar bir qədər yumşadılıb və bir qisim abunəçiyə tətbiq edilməyə başlanılıb. Agentliklər «Azercell» portlarının üçdə ikisinin «Azerfon»un üzünə artıq açıq olduğunu deyirlər.
Ülviyə Həsənzadə deyir ki, hazırda «Nar Mobile»a borcun ödənilməsilə bağlı danışıqlar davam etdirilir. Onun sözlərinə görə, əgər qarşı tərəf öz borcunu ödəməsə, onda iki şirkət arasındakı arabağlantı kanalları tamamilə bağlanacaq.
RABİTƏ NAZİRLİYİ «AZERCELL»İ HAQSIZ SAYIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə iki şirkət arasında münasibətlərin bu şəkildə həll edilməsini və ya buna cəhdi qanuna zidd hərəkət hesab edir. Nazir müavini Elmir Vəlizadənin fikrincə, nazirlik arabağlantı ilə bağlı münasibətlərin bu cür həll olunmasını düzgün hesab etmir. Cənab Vəlizadə deyib ki, «Azercell» bu hərəkətlərindən çəkinməlidir.
«Arada olan bu məsələnin predmeti ilə bağlı aprel ayında arabağlantıların tənzimlənməsi üzrə qərar qəbul olunub və arada olan borcların hesablanması və dəqiqləşdirilməsi məhz bu çərçivədə də həll olunmalıdır. Bu baxımdan qeyd edirik ki, «Azercell» çox güman ki, öz hərəkətindən çəkinməlidir və «Azerfon»a qarşı atdığı addımları, tətbiq etdiyi hansısa məhdudiyyətləri aradan qaldırmalıdır».
«AZERCELL» «AZERFON»U, NAZİRLİK DƏ «AZERCELL»İ ...
Bu sözlər deyiləndə artıq «Azercell» bağladığı kanalların üçdə ikisini açmalı olmuşdu.
Rabitə Nazirliyindəki mənbə buna nazirliyin «Azercell»ə qarşı gizli sanksiyasının səbəb olduğunu deyir. Mənbənin verdiyi məlumata görə, «Aztelekom» «Azercell»ə arabağlantı kanallarını kəsib, bu üzdən şəhər telefonlarından «Azercell» nömrələrinə zəng vurmaq müşkülə çevrilib.
«Aztelekom» İB-nin sədrinin köməkçisi İmanqulu Quliyev isə bu barədə məlumatsız olduğunu dedi. Rabitə Nazirliyinin sözçüsü isə məsələnin araşdırılacağını bildirdi.
«ŞİRKƏTLƏRİN ARXASINDA KLANLAR DAYANIR»
İqtisadi şərhçi Samir Talıblı hesab edir ki, əgər deyildiyi kimi «Azerfon» ödənişləri vaxtlı-vaxtında həyata keçirmirsə, onda qarşı tərəfin şəbəkəni bağlamaq hüququ var və burda hər hansı qanun pozuntusu yoxdur. Samir Talıblıya görə, nazir müavini «Azerfon»u müdafiə edəcək fikirləri deməli idi:
«Azərbaycanda belədir ki, hər şirkətin arxasında çox güclü klanlar durub və rabitə operatorları onların ən güclü maliyyə mənbələrindən biridir. Bu sözlər yenə də deyiləcək ki, düzgün deyil və s. Amma «Azercell» işləyirsə, xidmət göstərirsə və pulunu ala bilmirsə onda nə eləməlidir ki? Tələb edib verilməyib. Ona görə də şirkətin tam hüququ var idi ki, həmin arabağlantısını dayandırsın».
BƏS GÖRƏSƏN, «AZERFON»UN ARXASINDA DURAN KİMDİR?
Azərbaycan mətbuatında «Azerfon» mobil operatorunun yuxarı dairələrdə güclü himayəsi olduğu barədə dəfələrlə məlumatlar dərc edilib. Bu səbəbdən də həmsöhbətim olan ekspertlər hesab edirlər ki, nə qədər borcu olsa belə, «Azercell»in «Azerfon»a məhdudiyyət qoyması birinci üçün baha başa gələ bilər.
NƏ ŞAPDADI NƏ ŞUPDA, ANCAQ TARAP-TURUPDA
«Azerfon» şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilib. O zaman nazir Əli Abbasov tender komissiyasının bu seçimini izah edərkən demişdi ki, «Azerfon»un təsisçiləri arasında məşhur «Siemens» şirkəti də var, qalan payçılar isə «Aztelekom» və iki Britaniya şirkətidir.
Nazirlik bu məlumatı indiyə qədər təkrarlayır. Halbuki «Nokia-Siemens» şirkətinin nümayəndələri bunu təkzib edir. Vergilər Nazirliyindəki qeydiyyat sənədləri də xarici payçıların üçünün Panamadan, birinin isə Nevis adalarından olduğunu göstərir. Bu şirkətlərin Azərbaycanda hansı klanla nə kimi əlaqəsi olduğunu söyləmək çətindir.
Hər halda ekspertlər deyir ki, «Azercell»in bu mübahisədən Azərbaycanda haqlı çıxmaq imkanı olduqca məhduddur.