«Tanınmışlar» verilişinin budəfəki qonağı əslində qonaq deyil, özümüzünküdür. O, «Azadlıq» radiosunun «İZ» mədəniyyət və «Can Bakı» proqramının aparıcısıdır. 1975-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər «İşıq» nəşriyyatında İncəsənət redaksiyasında redaktor çalışıb. Özü demiş, tək TV-li çağlarda Azərbaycan televiziyasında gedən «Xoş gördük, tələbə!», «Televiziya Tələbə Tribunası», «Palitra», «Kitab köşkü» verilişlərinin aparıcısı olub.
2004-cü ildən «Azadlıq» radiosunda işləyir. 2006-cı ildə «İz» mədəniyyət proqramına görə Həsən Bəy Zərdabi mükafatına, iki il sonra Mədəniyyət və Turizm Nazirliyinin illik mükafatına və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin ABŞ səfirliyinin dəstəyi ilə keçirdiyi «Dəyişikliyə Cəsarəti çatan Örnək xanımlar» mükafatına layiq görülüb.
2007-ci ilin martından «Azadlıq» radiosunun «Can Bakı» tok-şousunun prodüseri və aparıcısıdır. Bu proqramla bağlı aldığı mükafatlar da var. Uşaq Hüquqları Üzrə QHT Alyansının «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai mükafatı və ABŞ səfirliyinin «Qadın Jurnalistlər Birliyi» ilə birgə təsis etdiyi «Ən yaxşı debat proqramı» mükafatı bu qəbildəndir. 2009-cu il martın 1-dən-«Can Bakı»nın canlı ömrü bitəndən sonra proqramı virtual məkanda yaşadır. Tez-tez «Azadlıqradiosu.az» saytında oxucularıyla görüşən bu xanım elə orda çıxan «Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?» yazısına görə, publisistika nominasiyasında 2009-cu ilin «Media açarı» mükafatını da qazanıb. Ailəlidir. İki övladı var. Hələ nəvəsi yoxdur...
Kəsəsi, «Tanınmışlar»ın qonağı Sevda İsmayıllıdır.
-Sevda xanım, yazınız mənim əlimdədir. Mükafat aldığınız yazını deyirəm. Dünən eşidəndə ki, ofisimizin işçisi Mətanət xanım da yazını oxuyub, bəyənib, - dedim, mütləq mən də oxumalıyam.
-Hələ oxumamışdın?
-Mən oxumaq istədiyim yazını götürüb özümdə gəzdirirəm. Münasib vaxt tapan kimi oxuyuram.
-Yəni avtobusda yol gedəndə...
-Yox, yox, tələsdiyim yerdə, bir skamyanın yanında, əgər ora xoşuma gəlsə, oturub oxuya bilərəm...
-Yaxşı təcrübədir, sınamağa dəyər.
-Keçək mükafat alan yazıya...
-Qəribə işdir. Mən o yazını hazırlıqsız, anidən yazmışdım. Birnəfəsə. Yəqin ona görə xoş gəlib oxuculara.
-Hə, Sevda xanım, bu günlərdə siz «Media açarı» aldığınız yazıda soruşursunuz ki, «Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?..»
-İlqar, biz artıq verilişə başlamışıq? Görürsünüz, əziz dinləyənlər, heç «xoşgördük» də eləmədi...
-İndi deyərəm. Sevda xanım, ilk növbədə çox təşəkkür edirəm vaxt tapıb studiyamıza gəldiyiniz üçün.
-Hə, bu o deməkdi ki, «Tanınmışlar» başladı!
-Biz sizinlə, axır ki, tutuşduq. «Tutuşduq» ona görə deyirəm ki, siz dinləyicilərin istər zənglərində, istər məktublarında ən çox arzuladığı adamsınız.
-Sağ olsunlar!
-Elə oldu ki, söhbətimiz yaya düşdü.
-Nə olsun. Fəslin nə fərqi var?
-Necəsiniz, nə var nə yox?
-Bir halda ki, fəsildən söz düşdü, qoy sevdiyim şairin sözləriylə cavab verim. Vaqif Səmədoğlu deyir:
Qış gələndə
Qapımı ölüb gedənlərim döyür...
Baharda
süstlüyə qarışır başım...
Yayla birgə
Pulsuzluq alır
başımın üstünü,
bir də Günəş...
Payızda
bilmək istəyirəm,
kim nə deyəcək
mən öləndə...
Bax, İlqar, belə ovqatdayam...
-Sizcə kim nə deyəcək?
-Nə bilim...Hər halda bir yazımı xatırlasalar bəsimdir.
-Bəs Zeynal Məmmədli nə deyəcək?
-Zeynal Məmmədli mənim ən sadiq oxucum və dinləyicimdir.
-Yadımdadı, ötən il işdən Şamaxıya gəzməyə getmişdik. Hər dəfə siz ona, el dilində desək, xüsusi dürmək düzəldib verirdiniz (Gülüşmə).
-Hə, mən onu hər yerdə balaca uşaq kimi bəsləyirəm.
-Necə uşaqdı, itə bilərmi?
-İtsə də, əvvəl-axır, evin yolunu tapır.
-Bəs siz onu hardan tapmısınız?
-16 yaşdan tanıyırıq bir-birimizi. Tale elə gətirib ki, BDU-nun jurnalistika fakültəsinə bir yerdə imtahan vermişik. 25 nəfərlik qrupdan ikimiz keçdik.
-Qəbul olunduz ki, qəbul eləyəsiniz... Necə oldu ki, qəbul elədiniz sonra? İndi ikiniz də media sahəsində tanınmış adamsınız. Sizin kimi adamların bir-birini necə tapması dinləyicilər üçün də maraqlıdır.
-İmtahanlardan sonra müsabiqədən keçib-keçmədiyimizi öyrənmək üçün BDU-nun qarşısına toplaşırdıq. Bir dəfə uşaqlardan biri, yəni Zeynal mənə yaxınlaşıb balımla maraqlandı. Dedim, belə - iki «4»- iki «5» almışam. Dedi, qorxma, keçəcəksən. Elə də oldu. Sentyabrın 1-də artıq köhnə dostlar kimi görüşdük.
-Neçə ildir bir yerdəsiniz?
-Tanışlığımız 39 ildir.
-40 ilə bir il qalıb! Böyük işdi ha bu! (Gülüşmə).
-Elədir.
-Kim daha çox digərinə dözməli olur?
-Mən daha çox ona dözməli oluram!(Gülüşmə).
-Neyləyir ona görə?
-Özü də bilir. Neyləyəcək, təşəkkür edir, tərifləyir, telefonunun üstünə şəklimi qoyur...
-Son bir neçə verilişdir ki, mənim qonaqlarım xanımlar olur. Həm tanınmış, həm də gözəl xanımlar. Sizin kimi.
-Təşəkkürlər!
-Sözümün canı odur ki, necə oldu ki, məhz Zeynal Məmmədlinin bəxti gətirdi?
-Ona görə ki, o, mənim ideal kişi təsəvvürlərimə uyğun gəlirdi. Mənim üçün ideal kişi daxili zəngin kişidir. 16 yaşımda da belə idi, indi də belədir. Onun zahirdən necə görünməsinin fərqi yoxdur.
-Hə, bu birliyin nəticəsi Selcanla Turqutdur. Özü də sizin qızınız mənim sadiq dinləyicimdir.
-Hə, ən sevdiyi verilişdir «Tanınmışlar». Orda qonaq olmağı arzulayır. Gözləmək də istəmir. Hövsələsizdir.
- Nə bilmək olar? Bir də gördün tez oldu. Neyləyirsiniz uşaqlarla?
-Onlara verdiyim yeganə şey sevgim olub.
-Götürə biliblərmi?
-Hə, o qədər alışıblar ki, bir az azalanda dilə gəlirlər. Yenə, yenə deyirlər.
-Onlar nə verir əvəzində?
-Eyni hisslərlə cavab verirlər. Bir az da artıq.
-Sizin çox gözəl övladlarınız var. İkisini də tanıyıram. Bilmək istəyirəm ki, getdiyiniz yolu birgə gedə bilirsinizmi?
-Gedə bilirik. Ən azından, bir yerdə olmaq bizim üçün maraqlıdır.
-Başqa nə maraqlıdır sizinçün?
-Dünya. Yaşamaq. Çox maraqlıdır.
-Onu sizin üçün nə maraqsız edə bilər?
-Heç nə. Yaşlaşdıqca ona daha çox vuruluram, daha çox heyran oluram, daha çox bağlanıram. Onun gözəlliyinindən kövrəlirəm. Adi bir çiçəyi, quşu, suyu, hətta yağışı, küləyi belə məni təəccübləndirir. Bir sözlə, dünyanı xatırladacaq hər şey məni həyəcanlandırır. Dünyada yaşamaq nəyə desən dəyər!
-Nədən inciyirsiniz?
-Gözüm görə-görə yalan danışan görəndə, simasız adam görəndə...və s.
-Niyə belə olur?
-Görünür, dünyanı necə var elə qəbul etmək lazımdır, pisiylə, yaxşısıyla...Mən isə uşaq kimiyəm. Hələ də sadəlövhəm.
-Bəlkə bu sadəlövhlük deyil. Anlanmamaq uğrunda çarpışmağı artıq bilməkdir?
-Bilmirəm, mən gəncliyimdən öz dünyamı qurmuşam, orada da yaşayıram. Pis əməllər, pis adamlar ora girə bilməzlər.
-Qayıdaq, mükafat alan yazınıza. Ay Sevda xanım, sizin bu dünyada ən böyük istəyiniz nədir?
-Bu yazıdan sonra mənə şərhlər gəldi. Hətta məni qınayanlar oldu ki, bəyəm, sən bizdən biri deyilsən? Əlbəttə, mən özümü sizdən ayırmıram. Burada mən ümumi dərdlərimizdən, bəlalarımızdan yazmışam. Mən bir vətəndaş olaraq nə istəyirəm? O yazıda bunları demişəm, axı.
Mən istəyirəm ki, Bütöv vətəndə yaşayım.
Mən istəyirəm ki, azad məkanda yaşayım.
Mən istəyirəm ki, Vətənin adı qara siyahılarda çəkilməsin.
Mən istəyirəm ki, yalan cəmiyyəti, ölkəni yıxıb-sürüməsin.
Mən istəyirəm ki, övladlarımıza normal cəmiyyət qoyub gedək.
Mən istəyirəm ki, gözümüz arxada qalmasın. Balalarımızdan nigaran ölməyək.
Mən çox şey istəyirəm.
-Nə qədər arxayınsız bunu etməyə?
-Çox çətindir. Ancaq mümkündür! Bu yolu keçən ölkələr necə bacarıb?
-Azərbaycan qadını nə dərəcədə yük götürəndir?
-Azərbaycan qadını cəfakeşdir, fədakardır, övladlarının yolunda lazım gəldi-gəlmədi, hər şeyə qatlanandır. Ancaq bizim qadın vətəndaş yetirə bilirmi? O yazıda mən sual eləmişəm ki, heç bircə dəfə oğluna «başını dik tut, əyilmə, yalana dözmə, zəifi qoru, güclünün yox, haqlının yanında ol” söylədinmi? Heç bircə dəfə evə haram pul gətirən ərinə “toy tutdunmu”? Müdirinə yaltaqlıq edən ərini atıb getməyi ağlının ucundan keçirdinmi? Heç bircə dəfə seçkini saxtalaşdıran müəllim rəfiqəni, həkim bacını qınadınmı? Bircə dəfə rüşvətə, korrupsiyaya etiraz səsini ucaltdınmı?
Hamısı bir yana, Azərbaycan qadını, heç bircə dəfə oğula yox, AZADLIĞA hamilə qaldınmı? Yox? Bəs onda bu dünyada sənin istəyin nədir?
Məncə, bəlalarımızın kökünü qadınlarda axtamaq lazımdır. Çünki o rüşvətxoru da, o simasızı da, yalanı özünə həyat kredosu edən o şərəfsizi də, dünyanın faniliyini bilə-bilə saysız sərvət toplayan o görməmişi də, özünə xəlvəti məkan yaratmaq üçün azad sözü böğan o xəbisi də doğan və tərbiyə edən Azərbaycan anasıdır, bizik...
-Sevda xanım harda doğulub?
-Həyatdan ilk zərbəni nə vaxt alıb?
-Yaxşı səsi olduğunun fərqindədirmi?
-Hansı musiqini sevir?
-Ürəyindən ən çox hara getmək keçir?
-Bu yol bizi hara aparır və bu yol nəyə qədər qırılmasın? Və nəhayət:
-Bu günkü qonağım mənə maraqlı müsahib oldu-olmadı?-suallarının cavabını eşitmək istəyirsinizsə, «Tanınmışlar»ı elə başdan dinləyin.