Azərbaycanda Qarabağ münaqişəsi zamanı itkin düşənlərlə bağlı ətraflı məlumat toplanması və mərkəzləşdirilmiş qaydada idarə olunmasına dair milli proqramın birinci mərhələsi başa çatıb.
Beynəlxalq Qrımızı Xaç Komitəsinin yaydığı məlumata görə, itkin düşənlərlə bağlı 1151 sorğu anketi doldurulub. Anketdə itkin düşənlərin zahiri görünüşü və hansı şəraitdə yoxa çıxmaları haqda geniş məlumat verilir.
Amma Bakıda, Sumqayıtda və Abşeron rayonunda 290 itkinlə bağlı məlumat toplamaq mümkün olmayıb. Səbəb həmin itkinlərin ailələrinin başqa ünvana köçməsidir. Axtarışlar davam edir.
Azərbaycanda itkinlərlə bağlı məlumatın toplanması 2010-cu ildə başa çatmalıdır. Məlumatların toplanması artıq cəbhə xəttinə yaxın 18 şəhər və rayonda davam edir.
Gələn ilsə Azərbaycanın qalan 35 şəhər və rayonunda məlumat toplanacaq.
Toplanılan məlumatlar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək. Bu məlumatlar mərkəzləşdirilmiş qaydada məlumat bazasında saxlanacaq.
Bir il öncə BQXK və Dövlət Komssiyası itkinlərlə bağlı ətraflı məlumatın toplanması haqda çərçivə sazişi imzalayıb.
Ətraflı məlumat toplanması prosesi üçün yaradılmış qaynar xətt - (+99 412 493 16 38).