Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:14

«Türklər başa düşməlidirlər ki, biz də ermənilərik…»


Serj Sarkisyan
Serj Sarkisyan
«Novosti Armeniya» agentliyi:

ABŞ konqresmenlərindən 82 nəfəri prezident Barak Obamaya məktub göndərərk Türkiyəni Ermənistanla razılaşmalarda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Onların arasında Respublikaçılar partiyasından da, Demokrat partiyasından da təmsilçilər var.

Məktubu Konqresdəki erməni məsələləri qrupunun həmsədrləri Frenk Pallone və Mark Kirka hazırlayıb.

«Biz Ermənistanla münasibətlərin normallaşdırılmasına dair «yol xəritəsində» göstərilən qaydada münasibətlərin normallaşdırılması prosesini Türkiyənin dayandırmasından narahatıq» – deyə məktubda qeyd edilir.

«PanARMENIAN.Net» internet qəzeti:

İraqın Şimalında neftlə zəngin olan Kürdüstan parlamentinə iyulun 25-də keçirilən seçkidə bir erməni də qalib gəlib. 11 nəfərlik yerdə milli azlıqlara – o cümlədən də ermənilərə bir yer verilib. Parlamentə seçilən Aram Şahin-Baloyan Məsud Bərzaninin Demokratik Kürdüstan partiyasından seçilib. O, vaxtilə Bərzaninin dəstəsində döyüşüb.

«De-Fakto» agentliyi:

Bu Yerevanda Dəmiryolu vağzalında dəmiryolu muzeyi açılıb. Muzeydə Ermənistanda 1896-cı ildə başlayan dəmiryolunun tarixi eksponatları nümayiş olunacaq.

«Armİnfo» agentliyi:

«Erməni soyqırımı ilə bağlı tarixi problemlərə baxmayaraq, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün hər şeyi edib. Bir il biz Türkiyə ilə müsbət ovqatda danışıqlar apardıq. İki sənədi razılaşdırdıq. Bütün bunlardan sonra Türkiyənin bəzi rəsmiləri bizə ön şərt qoyur, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını Qarabağ münaqişəsi ilə əlaqələndirirlər». Bunu Ermənistanın prezidenti Serj Sarkisyan Diaspora ilə iş Nazirliyinin təşkil etdiyi «Evə dönüş» proqramı çərçivəsində iyulun 31-də Sevan gölünün kənarında keçirilən tədbirdə Türkiyə nümayəndələrinin suallarına cavabında deyib.

Sarkiyan həmçinin əlavə edib ki, erməni heç bir şərt qəbul etmir: «Biz Türkiyəni çox yaxşı tanıyırıq, bilirik ki, o, böyük və güclü dövlətdir. Onun bizim regionda və ümumiyyətlə dünyada rolunu bilirik. O biri tərəfdən də türklər bir faktı başa düşməlidirlər ki, biz də ermənilərik və müstəqil dövlətimiz var. İstənilən şərt, istənilən sərt addım əks hərəkətlər doğuracaq».

***

«Madrid sənədinin əsas məziyyətlərindən biri budur ki, orada Azərbaycanın ərazi bütövlüyündən söhbət getmir». Bunu vətəndaş cəmiyyəti məslələri üzrə İctimai Şuranın sədri Ovanes Ovanesyan bu gün keçirdiyi mətbuat konfransında deyib: «Görünür, həmsədrlər baş düşüblər ki, ərazi bütövlüyü normal prinsip deyil, və o, danışıqlar prosesini əngəlləyir».

«AZG» qəzeti:

Ermənistan Milli Təhlükəsizlik Şurası Azərbaycanı əsirlərlə siyasi oyun oynamaqda ittiham edən bəyanat yayıb. Bəyanatda deyilir ki, təkcə son bir ildə səkkiz Azərbaycan əsgəri Ermənistan tərəfə keçib. Onların altısı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar Komitəsinin vasitəsilə üçüncü ölkələrə verilib. İkisi isə hələ Ermənistandadır. Onlar Azərbaycana qayıtmaq istəmirlər.

İndi Azərbaycan tərəfi iyulun 15-də əsir düşmüş erməni əsgəri üzərində təbliğat aparır. Yerli mediaya müsahibə verən və hərbi sahədə ekspert olduğunu bildirilən adamlar deyirlər ki, guya erməni əsgəri ordudakı aclıqdan əziyyət çəkir və bu yolla Avropaya getmək asan olduğundan Azərbaycan tərəfə keçirlər.

Milli Təhlükəsizlik Şurası bildirirlər bu iddialar Ermənistan ordusu barədə təsəvvürlərin olmamasından irəli gəlir və əsir üzərində qurulan ucuz təbliğatdır.
XS
SM
MD
LG