Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:43

Daha bir gəncə qarşı ittiham irəli sürülüb


Bu səhər «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu polis tərəfindən saxlanılıb. O hərbi xidmətdən yayınmaqda ittiham olunur, gənc fəaala qarşı 321.1 maddəsiylə iş açılıb. Bu haqda Ağasif Şakiroğlu özü «Azadlıq» radiosuna məlumat verib. O bu ittihamı əsasız saydığını deyir.

«Səhər saatlarında məni gətiriblər Nərimanov Rayon Polis İdarəsinə, ordan da Nərimanov rayon Prokurorluğuna. Hazırda dindirmə prosesi gedir. Bu ittihamı əsassızdır. Dəfələrlə hərbi komissarlığa gedib hərbi xidmət yaşımın çatdığını demişəm. Amma məni əsgər aparmayıblar. İndisə məni əsgərlikdən yayınmaqda günahlandırılar».

Ağasif Şakiroğluna görə, bu ittihamın arxasında daha çox siyasi məqsəd durur: «Məqsəd gənclərin gözünü qorxudub, ictimai siyasi aktivliyi azaltmaq, gəncləri ictimai-siyasi fəaliyyətdən uzaqlaşdırmaq, xof yaratmaqdır. Bir ay deyil iki dostumuz həbs olunub».

Nərimanov rayon prokurorluğundan isə «Azadlıq» radiosuna bildiriblər ki, Ağasif Şakiroğluna qarşı ittihamın arxasında qətiyyən siyasi məqsəd yoxdur. Sadəcə, rayon hərbi kommissarlığından gənc fəalın 2008-ci ilin iyulundan bəri hərbi xidmətdən yayınması ilə bağlı məlumat daxil olub. Onlar da hazırda bu məlumatın doğru və ya yanlış olub-olmadığını araşdırırlar.

Bu gün günortadan sonra Ağasif Şaikroğlu ilə bağlı məhkəmə keçirilməlidir. Ona qarşı iki aylıq həbs qətimkan tədbirinin seçilməsi gözlənir.
XS
SM
MD
LG