Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:16

Rusiya Gürcüstana hücum etməklə nə qazandı?


Axır illərdə Rusiya öz “sözəbaxmayan” qonşilarına qarşı istifadə edə biləcəyi arsenalı tam şəkildə açıb ortaya qoydu. Bu arsenal enerji “dəyənəyindən”ndan və rus ordusundan ibarətdir.

Enerji “dəyənəyindən” istifadə onunla nəticələndi ki, Gürcüstan qaz təchizatında Rusiyadan asılılığını azaltmağa başladı. Bu işdə hətta Azərtbaycan da ona kömək etdi.

İlk baxışda elə təsəvvür yaranır ki, keçən il Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinə müdaxilə edən Rusiya böyük uğur qazandı. Düzdür, Gürcüstan ordusu geri çəkilməyə məcbur oldu, rus tankları Cənubi Osetiyadan kənar əraziləri nəzarətə götürdü.

Amma Amerika Dövlət Departamentində siyasi məsləhətçi işləmiş Daniel Korski deyir ki, avropalı vasitəçilərin müdaxiləsindən sonra rus qoşunları da Cənubi Osetiya sərhədləri daxilinə qayıtdıqları üçün Qərb ilə Rusiya arasında qüvvələr nisbətində elə bir dəyişiklik olmadı.

"PAS ATMIŞ" RUS ORDUSU...

Bundan başqa Korski xatırladır ki, Rusiya qoşunu heç bir müttəfiqi olmayan Gürcüstan kimi kiçik bir dövlətin ordusunu geri oturtmaq üçün 5 gün sərf etdi.

Onun fikrincə, müharibə həm də Rusiyanın silahlı qüvvələrinin “pas atdığını” göstərdi və bu, Moskvaya orduda islahatlar aparmağa stimul verdi.

Gürcüstan - 2008-ci ilin avqustunda Qoridə rus qoşunları ilə döyüşdə ölən gürcü əsgərlərinə abidə.
Korski deyir ki, Rusiyanın enerji “dəyənəyindən” və silahdan başqa elə bir təsir vasitəsi yoxdur. Xüsusən də özü haqda qonşu ölkələrin insanlarında müsbət rəy formalaşdırmaq, özünə qarşı inam yaratmaq üçün vasitələr.

“Yeni Soyuq müharibə” kitabının müəllifi, “Ekonomist”in Avropa üzrə müxbiri Ed Lukas deyir ki, Rusiya Cənubi Osetiyaya hücum etməklə öz qonşuluğundakı ölkələrə “mesaj göndərmək” istəyirdi, amma öz hesablamalarında yanıldı.

“Rusiya indi başa düşməyə başlayıb ki, qonşularının ondan qorxması, ona etibar etməməsi onun istədiyi siyasətin həyata keçirilməsi üçün zəmin ola bilməz.

ABŞ-ın Dəniz Savaşı Kollecinin milli təhlükəsizlik araşdırmaları bölümünün professoru Nikolas Qvozdev deyir ki, Moskvanın zorakı metodlara əl atması əksinə Gürcüstanın Rusiyadan asılılığını azaldır.

MOSKVANIN "ÜNVANA ÇATMAYAN" MESAJI

“Rusiyanın gürcü şərabına qoyduğu qadağanı yada salaq.

Belə hallar gürcüləri axır illərdə Rusiyanın iqtisadi nüfuz dairəsindən kənar bazarlar axtarmağa sövq edib. Əgər biz bir neçə il əvvəllə müqayisə etsək görərik ki, o vaxt iki ölkə arasında iqtisadi əlaqələr daha sıx idi”.

Amerika Dövlət Departmanetində siyasi məsləhətçi işləmiş Daniel Korski deyir ki, Rusiyanın öz qonşularına təsirini azaltmaq üçün Avropa ölkələri razılaşdırılmış addımlar atmalıdırlar.

Məsələn, əgər Avropa ölkələrinin qaz paylama sistemləri arasında əlaqə yaradılsa, onda Rusiya Bolqarıstan, Slovakiya kimi ölkələrin qazını kəsərək onları təzyiq altında saxlaya bilməyəcək”.

Korski Avropa siyasətçilərinin Cənubi Qafqaz ölkələrinin də Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atmalı olduqlarını deyir.

O bildirir ki, Amerikanın yeni prezidentinin administrasiyası da Gürcüstan və Ukraynanın maraqlarını Rusiyayla münasibələri normallaşdırmağa qurban verməyəcəyini bildirib və bu həmin dövlətlər üçün ümidvericidir.
XS
SM
MD
LG