Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:01

Növbəti müddətə İran prezidenti seçilmiş Əhmədinejadın qarşısında duran iqtisadi faktorlar


Mahmud Əhmədinejad, 5 avqust 2009
Mahmud Əhmədinejad, 5 avqust 2009
«Reuters» agentliyi

İNFLYASİYA


İranda inflyasiya 2008-ci ilin oktyabrında ən yüksək həddə - 30 faizə çatıb. Əhmədinejad 2005-ci ildə hakimiyyətə gələndə bu göstərici 11 faiz idi.

Əhmədinejadın siyasətinin tənqidçiləri bunun səbəbini ekspansionist, fiskal və pul siyasətinin aparılmasında görürlər. Əhmədinejad özü isə inflyasiyanın səbəbini dünyada ərzaq və enerji məhsullarının qiymətinin artmasıyla bağlayır.

Daşınmaz əmlak qiymətləri də 40 faizə qədər aşağı düşüb.

İŞSİZLİK

Tənqidçilər deyirlər ki, hökumət işsizliyin səviyyəsinin aşağı salınmasına nail olmayıb. İşsizliklə bağlı rəsmi rəqəm 10 faizdir. Bura işləməyə qadir olan qadınlar və tələbələr daxil edilmir. Hər il İran bazarına 800 minə yaxın yeni işçi qüvvəsi gəlir. Yeni iş yerləri isə bunun yarısı qədər olur.

NEFT GƏLİRLƏRİ

Dünyanın beşinci ən böyük xam neft ixracatçısı olan İran neftin qiyməti qalxanda əldə etdiyi gəlirlərdən gen-bol istifadə edirdi. Lakin son bir il ərzində xam neftin qiyməti 60 faizə qədər aşağı düşüb. İranın da gəlirlərinin 85 faizini neft gəlirləri təşkil edir. Buna baxmayaraq, İranın Milli Neft Şirkətinin rəhbəri bildirib ki, il ərzində neft gəlirləri 75 milyard dollara çatıb. Bu da əvvəlki illərdən 7 milyard dollar çoxdur.

NEFT İNVESTİSİYASI

Dünyanın neft ehtiyatlarının 11 faizi İrandadır. Qaz ehtiyatlarına görə isə bu ölkə dünyada ikincidir. Analitiklər deyirlər ki, neft-qaz imkanlarını genişləndirmək üçün İranın xarici investisiyaya və texnologiyaya ehtiyacı var.
İranın Xəzərdə ilk neft platforması, 24 iyul 2009
Lakin BMT-nin və ABŞ-ın sanksiyaları xarici şirkətləri investisiya qoymaqdan çəkindirir.

İranın Neft Şirkətinin məlumatına görə, hər il neft və qaz sektoruna 25-30 milyard dollar investisiya qoyulmasına ehtiyac var.

Əhmədinejadın yenidən prezident seçilməsi Qərb investorlarını, xüsusilə də ABŞ investorlarını bu işdən əvvəlki kimi uzaq durmağa vadar edir. ABŞ prezidenti Barak Obama Tehrana sentyabra qədər vaxt qoyub ki, nüvə proqramıyla bağlı beynəlxalq danışıqlara razılaşsın. Əhmədinejad isə əvvəlki kimi aqressiv mövqe göstərir. Xüsusilə Amerikaya və Britaniyaya qarşı. Bu ölkələri seçki vaxtı İranın daxili işlərinə qarışmaqda ittiham edir.

Əhmədinejad nüvə məsələsində barışmaz mövqeyini yenə davam etdirəcəyinə də işarə edib.

SANKSİYALAR

İran ona qoyulmuş beynəlxalq sanksiyaların təsirindən çox vaxt yan ötə bilsə də, analitiklər deyirlər ki, neftin qiymətinin aşağı düşməsi bu sanksiyaları daha ciddi hiss edəcək.

BMT-nin Təhlükəsizlik Şurası 2006-cı ildən İrana 3 dəfə sanksiya tətbiq edib. Eyni zamanda, ABŞ sanksiya xarakterli tədbirlər görüb. Həmçinin, başqa ölkələrin banklarına və şirkətlərinə də İranla sövdələşməyə girməmələri üçün təzyiqlər göstərir.

İranda neft emalı imkanları kifayət qədər olmadığından İran başqa ölkələrdən benzin alır. ABŞ Konqresi də İrana benzin satan, daşıyan və ya benzin ixrac olunmasını maliyyələşdirən hər hansı şirkətin qanunla cəzalandırılması haqda qanunvericilik hazırlayır. Bu cəza İranda benzinin qiymətinin artmasına təsir göstərəcək ki, bunu da hər bir iranlı hiss edəcək. Tehran isə buna cavab olaraq Qərb ölkələrini ixrac etdiyi xam nefti azaltmaqla hədələyir.
XS
SM
MD
LG