Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:28

Heç kim məscidə qumbara atanı görməyib


«Əbu-Bəkr» məscidində partlayış 2008-ci ilin avqustun 19-da baş verib. 3 nəfər ölüb, 19 nəfər yaralanıb
«Əbu-Bəkr» məscidində partlayış 2008-ci ilin avqustun 19-da baş verib. 3 nəfər ölüb, 19 nəfər yaralanıb
Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə «Meşə qardaşları» kimi tanınan 26 nəfərin prosesi davam edir.

Əvvəlcə zərərçəkmiş qismində Bakı şəhər sakini Usub Əliyev dindirilib. O, ifadəsində göstərib ki, «Bakıelektrikşəbəkə»nin işçisi olmuş oğlu Təyyar namazını «Əbu-Bəkr»də qılırmış. Ötən il avqustun 17-də məsciddə törədilmiş partlayış nəticəsində həlak olub.

«Oğlum heç bir dini qrupun üzvü olmayıb, həmin məscidə də yalnız namaz qılmağa gedirdi. Mən bilmirəm o partlayışı kim törədib, ancaq Allahın evinə qumbara atanla elə Allah özü bilsin» – zərərçəkən söyləyib.

Sonra məhkəmə iclasında zərərçəkmiş qismində Rəşad Abbasov, Namiq Məmmədov, Vüqar Salahov, Zöhrab Vəzirov və Daşqın İbrahimov dindirilib. Bu şəxslər məsciddə namaz qılarkən baş vermiş məlum partlayış nəticəsində xəsarət alıblar. Onlar məhkəmənin nəzərinə çatdırıblar ki, qumbaranı pəncərədən məscidin içərisinə atan şəxsi görməyiblər.

Məhkəmə iclası avqustun 13-də davam edəcək.

Məhkəmə qarşısında təqsirləndirilən şəxslər qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə, «Əbu-Bəkr» məscidində partlayış törətməkdə və digər cinayətlərdə ittiham olunurlar.

«Əbu-Bəkr» məscidində 2008-ci ilin avqustun 17-da baş verib. Məscidə atılan əl qumbarasının partlaması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanmışdı.
XS
SM
MD
LG