Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

«Dövlət katibi ərim deyil, mənəm»


ABŞ dövlət katibi Hillari Klinton
ABŞ dövlət katibi Hillari Klinton
Afrika ölkələrinə 7 günlük səfərə çıxan ABŞ dövlət katibi Hillari Klinton Konqoda olarkən bələdiyyə binasında universitet tələbəsinin gözlənilməz sualı ilə qarşılaşıb.

Bu ölkədə sülhə nail olmaq və seksual zorakılığı dayandırmaq üçün çağırışlar edən xanım Klintondan tələbə «Çin və Dünya Bankının Konqoya cəlb edilməsinə həyat yoldaşınız necə baxır» deyə soruşub.

Hillari Klintonun cavabı isə belə olub: «Sən bilmək istəyirsən mənim həyat yoldaşım nə düşünür? Dövlət katibi ərim deyil, mənəm. Sən mənim münasibətimi soruş, mən sənə deyim. Həyat yoldaşımın vasitəçisi olmaq niyyətim yoxdur».

Xanım Klintonun həyat yoldaşı Uilyam Cefferson Klinton 1993-2001-ci illərdə Birləşmiş Ştatların prezidenti olub.
XS
SM
MD
LG