Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti Departamentinin məhkəməsi hökmün elan olunması ilə başa çatıb.
Məhkəmə qarşısında Departamentin rəis müavini Yalçın Məmmədov, rəqabətin qorunması sektorunun müdiri İlham Şahmirzəyev və baş məsləhətçisi İdrak Ələkbərov idi. Departament əməkdaşları Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) maddəsi ilə təqsirləndirilirdilər.
Məhkəmə rüşvətalma maddəsini 312.1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsinə tövsif edib.
Yalçın Məmmədova 3 il 4 ay (şərti), İlham Şahmirzəyevlə İdrak Ələsgərovun isə hər birinə 2 il 11 ay (şərti) müddətinə cəza təyin edilərək təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Departament əməkdaşları ötən il avqust ayının əvvəlində qurumun rəhbəri, ibtidai istintaq zamanı eyni əməldə təqsirli bilinən Samir Dadaşovla birlikdə MTN tərəfindən həbs olunmuşdular. Lakin cinayət işinin məhkəmə baxışına göndərilməsi ərəfəsində Samir Dadaşov barəsində cinayət işinə xitam verilmişdi.