Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:29

Orucluq avqust ayının 22-də başlayacaq


Orucluq avqust ayının 22-də başlayacaq. Bu müsəlman təqviminə görə, Ramazan ayının başlanğıcı hesab olunur. Bu barədə Qafqaz müsəlmanlarının 12-ci qurultayında məlumat verilib.

Müsəlmanların müqəddəs kitabı «Qurani-Kərim»in məhz Ramazan ayında nazil olduğu bildirilir. Orucluq zamanı mömin müsəlmanlar sübhdən gün batana qədər su da daxil olmaqla heç bir qida qəbul etmir, ibadətlə məşğul olurlar.

Orucluq ayın görünməsindən asılı olaraq sentyabrın 20 və ya 21-də başa çatacaq.
XS
SM
MD
LG