Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:30

Medvedevin Yuşenkoya məktubuna ABŞ-dan şərh


ABŞ-da hesab edirlər ki, Rusiya prezidenti Dmitri Medvedevin Ukraynaya son tənqidləri iki yaxşı qonşu ölkə arasında mümkün olmayan bir haldır.

Bir qədər əvvəl Medvedev Ukrayna prezidentinə açıq məktub göndərərk onu NATO-ya can atmaqda, Gürcüstana silah verməkdə və başqa əməllərdə ittiham edib, Rusiya səfirinin Ukraynaya getməsini təxirə saldığını deyib.

ABŞ Dövlət Departameninin sözçüsü Phillip Crowley bu məsləni şərh edərkən Ukraynanın öz strateji seçimini etmək haqqının olduğunu deyib:

- Ukrayna ilə Rusiya arasında əlaqələrin yaxşı olması vacibdir. Amma eyni zamanda seçimini etməkdə Ukrayna sərbəstdir. O, qəbul olunarsa, NATO-nun da üzvü ola bilər və biz də bunu müdafiə edirik.

Ukrayna prezidenti Viktor Yuşenkonun yardımçısı Vera Ulyançenko dünən Medvedevin bu məktubunun qəzəbli tonda olduğunu və Rusiya rəhbərliyinin keçmiş imperiya komleksi ilə düşmənçilik etdiyini deyib.
XS
SM
MD
LG