Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Misir çox mühüm dəyişiklik ərəfəsində


Misir prezidenti amerikalı həmkarını salamlayır. Misir 4 iyun 2009
Misir prezidenti amerikalı həmkarını salamlayır. Misir 4 iyun 2009
Avqustun 17-də «Vaşinqton Post» qəzeti Misir prezidenti Hüsni Mübarəkin ABŞ-a səfəri ilə bağlı yazı dərc edib. Səfər öncəsi gözləntiləri əks etdirən yazıda müəllif Maykl Dunne yazır ki, çərşənbə axşamı Ağ Evdə Misir prezidenti Barak Obama ilə görüşəndə yəqin ki, hər iki tərəf nəyinsə çatışmadığını hiss edəcək. Bu, 83 milyonluq Misir vətəndaşlarının maraqlarıdır. Müəllif yazır ki, keçmiş ABŞ prezidenti Corc Buşun azadlıq siyasəti tükənib sönəndən bəri Misir əhalisinin də kollektiv ümid və arzuları ABŞ administrasiyasının siyasətindən yoxa çıxıb.

Müəllif yazır ki, hazırda ABŞ-Misir münasibətləri 11 sentyabr hadisələrindən əvvəlki məcraya qayıdıb: «Nəzərə alınası adamlar ancaq prezidentlər və xarici işlər nazirləridir və gündəlikdəki yeganə vacib məsələlər İsrail-Ərəb münaqişəsi və regional aqressiyanın önlənməsidir». Müəllif yazır ki, məsələlərin bu durumda olması ironiya doğurur, çünki məhz Qahirədə olarkən prezident Barak Obama ərəb xalqına öz məşhur iyun müraciətini ünvanlamışdı.

Qəzet yazır ki, ABŞ Misirə yönəlik siyasətini köhnə axara qaytardığı bir vaxtda Misir çox mühüm bir dəyişiklik ərəfəsindədir: 83 yaşlı prezident Hüsni Mübarək 2010-cu ildə yeni parlament və 2011-ci ildə də isə yeni prezident seçkiləri keçirməyə hazırlaşır. Misir prezidentinin öz yerinə varis kimi hazırladığı Camal Mübarək əhali arasında xeyli dərəcədə qeyri-populyardır. Maykl Dunne yazır ki, hətta 2011-ci ilin seçkilərində Hüsni Mübarək özü iştirak etsə belə hakimiyyət dəyişikliyi maksimum bir neçə ilə baş tutasıdır.
Niyə görə Obama administrasiyası Misir vacib seçkilər və gözlənilən lider dəyişikliyi ərəfəsindəykən demokratikləşmə proqramlarından geri çəkilir


Müəllifin fikrincə belə mühüm bir dönəmdə Barak Obama Misir prezidentinə mütləq ciddi demokratiya mesajları verməlidir. Yazar onu da qeyd edir ki, Obamanın ritorikasından Misir əhalisində belə bir rəy formalaşıb ki, Misirdə demokratiya məsələsində ABŞ-ın yeni prezidenti öz sələfindən daha yumşaq xəttin tərəfdarıdır.

«Obama administrasiyası Yaxın Şərqdə demokratikləşmə proqramlarına ayrılan vəsaitin artırılması təşəbbüsü ilə çıxış etsə də, Misirdə eyni proqramlara ayrılan maliyyənin üçdə ikisindən çox hissəsi kəsilib». «Niyə görə Obama administrasiyası Misir vacib seçkilər və gözlənilən lider dəyişikliyi ərəfəsindəykən demokratikləşmə proqramlarından geri çəkilir», deyə müəllif sual edir.

Qəzet yazır ki, verilən suala bir cavab o ola bilər ki, Mübarək misirlilərin hüquqları ilə bağlı onun zəhləsini tökən Vaşinqtonla regional sülh və sabitlik məsələləri üzrə əməkdaşlığı dayandıra bilər. «Lakin Obama Mübarəkin dəstəyini qazanmağın qarşılığını öz susqunluğu ilə ödəmək məcburiyyətində deyil». Müəllif yazır ki, ABŞ-ın Misirlə əməkdaşlıq etdiyi sahələr – Qəzzada Həməsin güclənməsini önləmək, Fələstin və İsrail arasında davamlı sülhə nail olmaq və İranın nüvə ambisiyalarının ram edilməsi istiqamətində birgə işləmək Misirini öz maraqlarındadır və hətta Buşun demokratiya ritorikasının ən kəskin vaxtlarında belə - 2004-2005-ci illərdə Misir bu sahələrdə ABŞ-la əməkdaşlığı dayandırmayıb. «Obama Mübarəklə Ərəb-İsrail və İran məsələləri üzrə əməkdaşlıq etməlidir və Misir liderinin bu məsələlərdə məsləhətinə qulaq asmalıdır. Lakin eyni zamanda o, həm də Mübarəkdən soruşmalıdır ki, o, Misirdə qanunun aliliyi və azad siyasi rəqabət uğrunda artan tələbatlara necə cavab verməyi düşünür».
XS
SM
MD
LG