Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

İranda etnik azlıqlardan yalnız ermənilərin ana dilində məktəbləri var


Prezident Mahmud Əhmadinejad ermənistanlı həmkarı Serj Sarkisyanla. Tehran, 13 aprel 2009
Prezident Mahmud Əhmadinejad ermənistanlı həmkarı Serj Sarkisyanla. Tehran, 13 aprel 2009
70 milyondan arıq əhalisi olan İranda, qeyri-rəsmi məlumata əsasən 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1.2 milyon ərəb və 100 min erməni var. İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur.

Tehran ermənilərinin parlamentdəki nümayəndəsi Georg Vartan bildirib ki, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır və universitetdə «erməni dili» fakültəsində oxumaqlarını davam etdirə bilərlər.

- İran konstitusiyasının 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. İran ermənilərinin vətəndaş hüququ təmin olunurmu?
- Bizim İranda vətəndaş hüququ baxımdan heç bir problemimiz yoxdur. Parlamentdə iki nümayəndəmiz təmsil olunur, özümüzə məxsus məktəblərimiz var. Məsələn, Tehranda sırf ermənilər üçün 23 məktəbimiz var, kilsələrimiz İranın ermənilərin yaşadıqları bütün regionlarında fəaliyyət göstərir. Öz mədəniyyətimiz və adət-ənənələrimizi sərbəst şəkildə həyata keçiririk. Ümumiyyətlə, insan haqları və vətəndaş hüquqları baxımından problemimiz yoxdur.

- Siz erməni məktəblərindən danışdınız. Məktəblərdə tədris erməni dilindədir?
- Bəli, bizim övladlarımız uşaq bağçasından universitetədək erməni dilində təhsil alırlar. Məktəblərdə uşaqlarımız erməni ədəbiyyatı, tarixi ilə tanış olurlar. Universitetdə isə, erməni dili fakültəsində təhsillərini davam etdirə bilərlər.

- İranda nə qədər erməni var və əsasən hansı şəhərlərdə yaşayırlar?
- Sonuncu statistikaya əsasən, İranda 100 mindən çox erməni yaşayır. Əsasən Tehran, İsfahan, Şahinşəhr, Kermanşəhr, Təbriz, Urmiya və digər şəhərlərdə məskunlaşıblar.

- İranda təhsildən əlavə, digər sosial imkanlarınız nə səviyyədədir?
- Hazırda «Ararat» adına İranın ən böyük idman komplekslərindən biri ermənilərə məxsusdur. Tehranda bundan əlavə, 30 assosiasiya, təşkilat və digər ictimai birliklərimiz var. Biz «24 aprel» (ermənilərin 1915-ci ildə Osmanlıda soyqırım iddiaları nəzərdə tutulur) münasibətilə hər il Tehran və İsfahanda hakimiyyətin rəsmi icazəsilə aksiyalar keçiririk. Əlbəttə, son iki ildə, hakimiyyət aprelin 24-də Tehranda aksiya keçirməyə rəsmi icazə vermir, lakin, İsfahanda verilir. Hər halda, biz Tehranda da bu günün münasibətilə xüsusi tədbirlər keçiririk.

- İran ilə Ermənistan münasibətlərini necə dəyərləndirirsiniz?
- SSRİ dağıldıqdan sonra İran-Ermənistan əlaqələri qurulub və sürətlə inkişaf edib. İqtisadi, təhlükəsizlik və siyasi baxımdan ölkələrarası münasibətlər getdikcə genişlənir və mədəni sahədə isə, yalnız bunu deyim ki, hazırda 2500 iranlı tələbə Yerevanda təhsil alır.
XS
SM
MD
LG