Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:40

Dəniz quldurları pul tələb edirmiş


15 Rusiya dənizçisilə birlikdə Arctic Sea yük gəmisini zəbt etmiş adamlar pul tələb edib, əks halda isə gəmini partlatmaqla hədələyiblər.

Bunu Rusiyanın Müdafiə Nazirliyi heyət üzvlərinə istinadla xəbər verir.

Dənizçilər deyir ki, quldurlar yaraqlı olub, amma Rusiyanın hərbi gəmisi onlara yaxınlaşanda silahı atıblar.

Quldurlar yaxalanıb.

Onlar Rusiya, Latviya və Estoniya vətəndaşlarıdı.

Heyət üzvləri isə yaxın vaxtlarda Moskvaya dönəcəklər.
XS
SM
MD
LG