Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:25

Hafiz Paşayev: «Bu, səhv addımdır»


Xarici İşlər Nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev
Xarici İşlər Nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev
Xarici İşlər Nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistan təmsilçilərinə səs verənlərin Milli Təhlükəsizlik Nazirliyinə çağırılmasını səhv addım sayır.

«Problem ondan ibarətdir ki, belə bir işlər olanda hamı onu yüksək rəhbərliyə aid edir. Amma mən inanıram və bilirəm də ki bu hansısa aşağı rütbəli bir məmurun işidir. Mən hesab edirəm ki, bu səhv addımdır».

«Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıb dindirilirlər. Onlardan Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat istəyirlər.

«Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib.

Siz necə hesab edirsiniz, «Eurovision» mahnı müsabiqəsində Ermənistan iştirakçılarına səs vermək qəbahətdirmi?

Bu mövzuda AzadliqRadiosuna daxil olan şərhləri oxumaq və forumda işrirak etmək üçün bura daxil olun.
XS
SM
MD
LG