Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:42

Azərbaycanlı tələbələr dünyanın 20-dən çox ölkəsində təhsil alır


Təhsil naziri Misir Mərdanovun xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşü. 20 avqust 2009
Təhsil naziri Misir Mərdanovun xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşü. 20 avqust 2009
İndiyə qədər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələrin sayı 450-yə yaxındır. Bu barədə avqustun 20-də xaricdə oxuyan tələbələrlə keçirilən görüşdə Təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, 2007-ci ildə xarici ölkələrin ali məktəblərinə Dövlət Proqramı xəttilə 74, 2008-ci ildə 120 tələbə göndərilib.

2009-2010-cu il dərs ilində xaricə göndəriləcək tələbələrin sayının 250-yə çatacağı gözlənilir. Ümumilikdə, azərbaycanlı tələbələr dünyanın 20-dən çox ölkəsində təhsil alır.

Misir Mərdanovun sözlərinə görə, 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi nəzərdə tutulur.

Proqramın şərtlərinə əsasən həmin tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir. Nazir deyir ki, hazırda xaricdə təhsil alan tələbələrin bir ili üçün dövlət büdcəsində 10 milyon manat nəzərdə tutulub.
XS
SM
MD
LG