Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:10

Əfqanıstanda seçkiylə bağlı ittiham təəccüblü deyil


Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk Əfqanıstanda seşkiylə bağlı ittihamlar gözlənilməz saymır.

Holbruk bunu bu gün Kabildə deyib.

Prezidentliyə əsas namizədlərdən biri Abdulla Abdulla rəqibi və hazırkı prezident Həmid Kərzaini administrativ vasitələrdən istifadə edərək seçkini saxtalaşdırmaqda günahlandırır.

Riçard Holbruk deyib ki, Hətta Birləşmiş Ştatlar kimi demokratik ölkələrdə də mübahisəli seçkilər olur.

Buna görə də Əfqanıstanda seçkiylə bağlı şikayətlər onuncün gözlənilməz deyil.

Avqustun 20-də keçirilmiş seçkilərin ilkin nəticələri çərşənbəaxşamı bəlli olacaq.

Avropa Birliyinin müşahidəçiləri seçkilərin ümumilikdə azad və ədalətli olduğunu deyirlər.
XS
SM
MD
LG