Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:31

Avropa Birliyi yeni immiqrasiya siyasətinə başlayır


Avropa Birliyi oktyabrın sonundan yeni immiqrasiya siyasəti yürütməyə başlayacaq. Bunu İsveçin xarici işlər naziri Karl Bildt deyib.

Ötən cümə axşamı İtaliyanın hakimiyyət orqanları qanunsuz olaraq beş nəfər Eritreya immiqrantını daşıyan qayıq aşkar edib. Qayıqdakılar deyiblər ki, mənzil başına çatana qədər yolda 73 nəfər ölüb.

İtaliyanın xarici işlər naziri Franko Frattini deyib ki, «həmin adamlara görə Avropa Birliyinin bütün 27 ölkəsi məsuliyyət daşıyır».
XS
SM
MD
LG